Sona xanımın C.Cabbarlı ilə bağlı xatirələri
Mən, Cəfərin ayrı-ayrı əsərləri: “Almaz”, “1905-ci ildə”, “Sevil”, “Dönüş” və “Yaşar” pyesləri üzərində işləyərkən müşahidə etdiyim bəzi cəhətlərdən danışmaq istəyirəm. Xatirə xarakteri daşıyan bu kiçik qeydlər, şübhəsiz ki, dramaturqun öz əsərlərini necə yazdığı haqqında geniş, hərtərəfli məlumat verə bilməz. Mən yalnız, Cəfərin həmin pyesləri yazarkən əhval-ruhiyyədən danışacağam.
Cəfər CabbarlıCəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı yaradardı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa başlayırdı. Məsələn: “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə” Sonanın “Azad bir quşdum”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun “Küçələrə su səpmişəm”, “Sevil”də Sevilin “Sənə nə olub, zalım yar?” mahnıları belə yaranmışdır.
Cəfər “Sevil” əsərini yazmamışdan bir-iki ay qabaq belə bir mahnı oxuyardı:
Sənə nə olub zalım yar,
Qadan-balan alım yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.
Cəfər işdən gələndə, oturanda, yatanda, işləyəndə həmişə bu mahnını oxuyardı. Bir dəfə mən Cəfərdən soruşdum ki, bir mahnını oxuyarlar bir dəfə, iki dəfə, üç dəfə, yoxsa səhər-axşam, axşam-səhər dilindən düşmür, bu nədir? Cəfər dedi ki, Sonası, sən bilmirsən, bir əsər yazacağam ki, onun mahnılarını bütün xalq oxusun. Onda bilərsən ki, bu mahnı nə deməkdir. Amma Cəfər nədən, nə mövzüda əsər yazacağını demədi.
1927-ci ilin yay fəsli idi. Havalar bərk isti keçirdi. Biz Bakının bürküsündən qaçıb yaylaqlara pənah apardıq. Mən Cəfərin qardaşı qızı Mələklə Xızıya getdik. Oğlum Aydın o zaman üç yaşında idi. Xızıda bir neçə gün qalandan sonra bizi Yarımca kəndinə qonaq çağırdılar. Yarımcaya gedən günün axşamı Cəfər də anamla birlikdə oraya gəldi. Bir-iki gün Yarımcada qaldıqdan sonra biz Altıağac kəndinə getdik.
Altıağac Cəfərin çox xoşuna gəldiyindən dedi ki, bir ev tutub burada istirahət edək. Altıağacın “Xoxollar” deyilən yuxarı hissəsində mənzərəli bir yerdə ev tutduq. Bir az istirahət edəndən sonra Cəfər işləməyə başladı. O, hər gün səhər saat altıda qalxıb ta biz yuxudan durana qədər yazırdı. Çaydan sonra bəzən biz gəzməyə gedir, ev işləri ilə məşğul olurduq.
Cəfər evdə mənə və Mələkə tapşırmışdı ki, məbadə mənim yazılarımı oxuyasınız. Lakin buna baxmayaraq, mən Mələklə bir-birimiz üçün pusquda durub Cəfər evdən çıxan kimi növbə ilə əsəri oxuyurduq. Axırda Cəfər bizim onun təzə yazdığı əsəri oxuduğumuzu başa düşdü. Belə ki, bir gün biz əsəri oxuyanda o, hər ikimizi tutdu. Cəfər dedi:
— Balam, mən sizə deməmişdim ki, mənim dəftərimi oxumayın?
Biz utandığımızdan cavab verməyərək, müqəssir adamlar kimi başımızı aşağı dikdik. Cəfər bir qədər sonra nə isə fikirləşib dedi:
— Bu dəfə sizi bağışlayıram. Ancaq, deyin görüm necədir? Əsər xoşunuza gəlirmi? Yadınızda bir şey qalır, yoxsa hələ oxuyub qurtaran kimi yaddan çıxır?
— Qiyamət əsərdir, ay Cəfər əmi, lap əntiqə yazmısan. Daha bundan olmaz! – deyə Mələk sevincək cavab verdi.
— Ay Cəfər, özün də bilirsən ki, sən yaxşı yazırsan da! – deyə mən də əlavə etdim.
Cəfər gülümsəyərək dedi:
— Daha durub üzümə deməyəcəksiniz ki, pisdir. Birinizin əmisiyəm, birinizin də ki...
Cəfər bizi tez-tez Altıağac meşələrinə gəzməyə aparardı. Meşədə “Sevil”dəki mahnıların havalarını tarda Mələkə çaldırar, özü də oxuyardı.
Cəfər “Sevil”i qurtarmaq üzrə idi. Bir gün mənə dedi:
— Sonası, bilirsən nə var? Gəl səninlə şərt kəsək. Bu gün səhərdən axşama kimi nə evə girin, nə də məni çağırın, heç kimi də otağıma buraxmayın!
Biz buna söz verdik. Saat beşə kimi nə evə girdik, nə də qapını döydük. Saat altıya yaxın mən həyətdə oturmuşdum, Aydın küçədə uşaqlar ilə oynayırdi. Bir də gördüm ki, bir nəfər evimizə sarı gəlir, ancaq tanış adama oxşayır. Ürəyim gupp elədi, fikirləşdim: əgər bizə gəlsə nə edəcəyəm? Mən bu fikirdə ikən yaxın qohumlarımızdan biri Şəmsəddin qabağımda dayandı. Mən özümü itirdim. O, Bakıdan gəlmişdi. Nə edəcəyimi bilmirdim. Cəfərdən də qorxurdum ki, gedib qapını döyüm. Məəttəl qaldığımdan Şəmsəddinlə heç ağıllı-başlı görüşə də bilmədim. Özümə gəldikdə bir qədər ürəklənərək ayağa durdum və:
— Xoş gəlmisən, ay Şəmsəddin, keç evə, — deyə onu otağa dəvət elədim.
Pilləkənləri çıxanda ayaqlarım dalımca gəlmirdi. Nəhayət ürəyim döyünə-döyünə qapını taqqıldatdım, cavab gəlmədi, bir də döydüm.
— Ay Cəfər, Şəmsəddin gəlib, qapını aç!
Elə bu kəlmələri deyib qaçdım. Heç nədən xəbəri olmayan Şəmsəddin içəri girdi. Daha bundan sonra Cəfərin Şəmsəddinlə necə görüşdüyünü və Şəmsəddini necə yola saldığını bilmədim. Şəmsəddin təcili işi olduğu üçün Cəfərlə görüşüb başqa kəndə getdi. Cəfər eyvana çıxıb dedi:
— Üç dəqiqə gecikə bilməzdin, fikrimi dağıtdın! Əsəri qurtarmağa az qalmışdım. İndi mən üç dəqiqəlik işim üçün bir neçə gün oturmalıyam.
Sonradan “Sevil” tamaşaya qoyulanda Cəfər həmişə deyərdi ki, Sonası, öz aramızdır, “Sevil”in axırını Şəmsəddin korladı.
Altıağacdan qayıdandan sonra Cəfər əsəri tamaşaya qoymaq üçün dram teatrına verdi. “Sevil” pyesi tamaşaya qoyulanda çadra əleyhinə bir kampaniya aparıldı. Cəfər mənə dedi ki, Sonası, çadranı atmaq lazımdır. Mən cavab verdim ki, yox, atmaram; məhəlləmiz yaxşı deyil, hərə bir söz deyər. Cəfər isə mənimlə mübahisə aparıb belə dedi:
— Ay Sonası, əvvəl-axır çadranı atacaqsan. Sonradan atınca, məhəlləmizdə hamıdan əvvəl atsan yaxşıdır.
Bizə qəzet və məktub gətirən poçtalyon bir gün mənə qəzet verərkən dedi:
— Sona bacı, şəklin qəzetdə çıxıb.
Mən qəzetpaylayan kişinin sözünə təəcübləndim:
— Ola bilməz! – dedim.
— Ay Sona bacı, məgər səni tanımayıram, mənə nə düşüb yalan danışım, — deyə poçtalyon cavab verdi.
Cəfər söhbətimizə qarışdı.
— Balam, kişi düz deyir də, çadranı atmısan, özü də bu barədə qəzet yazın çıxıb. Hələ özündən başqa qonşuları da çadralarını atmağa çağırırsan. Daha bu kişi ilə höcət niyə edirsən?
Poçtalyon gedəndən sonra Cəfərlə davaya başladım ki, mənim şəklimi qəzetə niyə vermisən? (O zaman Cəfər “Kommunist” qəzeti redaksiyasında işləyirdi.) Mən nə vaxt çadramı atmaq haqqında məqalə yazmışam? Hətta ağladım da.
Cəfər dedi:
— Sonası, çadranı atmırsan atma, daha niyə ağlayırsan. Sənin özün üçün yaxşı deyil, deyərlər özü məqalə yazıb, hay-küy qaldırıb ki, çadramı atıram, amma yenə də çadrada gəzir. Elə mənim özüm üçün də yaxşı deyil, mən çadra əleyhinə əsər yazım, sən çadrada gəz. Yaramaz axı!...
Beləliklə, mən və Cəfərin qardaşı qızları çadranı atdıq.
“Sevil” əsərini tamaşaya qoymaq üçün teatrda qızğın məşqlər gedirdi. Əsərin quruluşunu rejissor Aleksandr Tuqanova tapşırmışdılar. “Sevil” tamaşaya qoyulandan sonra tamaşaçılar tərəfindən müvəffəqiyyətlə qarşılandı. Yüzlərlə qadın “Sevil”ə baxandan sonra çadralarını atıb, fabriklərə, zavodlara axışırdılar.
Lakin buna baxmayaraq, əsər ətrafında böyük mübahisələr gedirdi. Bəziləri “Sevil”i əxlaqsız adlandırır, bu əsərin tamaşa üçün yararlı olmadığını söyləyirdilər.
Bakıda çıxan bütün qəzetlərdə dalbadal “Sevil” haqqında böyük məqalələr dərc olunurdu. Bir dəfə mən Cəfərdən soruşdum:
— Ay Cəfər, nə olub ki, bütün qəzetlər “Sevil”dən yazır, mübahisə gedir.
Cəfər dedi:
— Sonası, demək əsərdə belə bir şey var ki, mübahisə gedir, yoxsa belə olmaz. Deyəsən məsələ ciddi məsələdir.
“Sevil”in axırıncı pərdəsinə Cəfər bir cümləni sonradan artırdı. Sevillə Balaşın söhbətində Sevil Balaşı acıqlandırmaq üçün Moskvada oxuyarkən, özünün yad kişilərlə görüşdüyünü söyləyir. Bəzi adamlar deyirdilər ki, bu sözlər Sevili tamaşaçıların qarşısında alçaldır. Bunu – Sevilin yalandan deməsini tamaşaçılara çatdırmaq üçün bir şey əlavə etmək lazımdır. Buna görə də Cəfər çox inaddan sonra nəhayət könülsüz olaraq, axırıncı pərdədə Gülüşün: “Sevil, özünə niyə böhtan atırsan?” cümləsini əlavə etdi.
Cəfər tamaşa gedən zaman həmişə salonu gəzir, müxtəlif yerlərdə oturur, əsərin tamaşaçılara necə təsir etdiyini, əsər haqqında tamaşaçıların rəyini öyrənirdi.
1927-ci ildə birdən-birə Cəfərin ürəyi sancmağa başladı. Onunla birlikdə Yüzbaşıyev adlı həkimin yanına getdik. Həkim Cəfəri müayinə edib dedi:
— Cəfər, birinci növbədə sənə deməliyəm ki, papiros çəkməməlisən, içki də ki, heç olmaz.
Həkimlə xudahafizləşib küçəyə çıxandan sonra Cəfər cibindən papiros qutusunu çıxarıb atdı:“Daha səni çəkməyəcəm.” – dedi. Papirosla bərabər içkini də 1930-cu ilə qədər tərgitdi. Ancaq, papirosu atmaq onun üçün çətin idi. Tütün çəkmədiyi üç ildə o, bir pyes də yazmadı. Cəfər deyirdi ki, ay Sonası, işləmək istəyirəm, ancaq bacarmıram. Fikrimi bir yerə toplaya bilmirəm.
1930-cu ilin əvvəlində Cəfərin cibində tütün qırıntıları görünməyə başladı.
— Cəfər, xeyir olsun, bu nədi? Yenə cibində tütün qırıntıları görünür? Papiros çəkirsən? Məgər, bilmirsən ki, sənə olmaz? – deyə ondan soruşdum.
— Sən mənim canım, üstünü vurma, — dedi. – Təzə bir əsər yazmaq istəyirəm, papiros çəkməsəm onu başlaya bilməyəcəm. Bu əsəri yazıb qurtarandan sonra tərgidəcəyəm.
1930-cu ilin yayında Şurabad (Qızılı) bağlarına köçmüşdük. Cəfər 1929-cu ildən yazmaq istədiyi “Almaz” pyesini burada başladı. Bu pyesin bəzi yerlərini
Cəfər onda Şurabadda baş verən bir hadisədən götürmüşdü. 1929-cu ildə Şurabad kənd məktəbinə yenicə təyin olunmuş bir müəllimənin başına buna bənzər bir əhvalat gəlmişdi. Əsərdə olan obrazların da çoxu Şurabad kəndində yaşayan adamların həyatından alınmışdı. Məsələn: Hacı Əhməd Şurabadda yaşayan Hacı Əşrəfdir. Hacı Əşrəf kəndin varlılarından idi. Təzə təşkil olunmağa başlayan kolxoza girmək istəmirdi. Hacı Əhmədin danışığı, hərəkəti, ləhcəsi o qədər Hacı Əşrəfə bənzəyir ki, hər dəfə mən əsəri görəndə, yaxud oxuyanda istər-istəməz Hacı Əşrəf gəlib gözlərimin qarşısında durur.
“Almaz”dakı Fatmanisə də həmçinin. Bizim qonşuluğumuzda Şərəbanı adlı bir qarı olurdu. O, həm mama, həm də camaat arasında “şöhrət” qazanmış ara həkimi idi. Əri ilə yola getməzdi, gündə kişini döyüb evdən qovardı. Yaxşı yadımdadır. Bir gün axşam üstü evin qabağında, əncir ağacının altında oturub çay içirdik. Cəfərin qardaşı qızı Törə bağımıza gəldi. (Onların da bağı bizim qonşuluqda idi.) O, gülə-gülə dedi:
— Eh, siz də burda oturmusuz, kənddən xəbəriniz yoxdur. Şərəbanı arvad Ramazanın gəlini üçün bir həkimlik elədi ki, gəl görəsən.
— Nə olub, bir danış görək? – deyə mən ondan soruşdum.
Törə həvəslə danışmağa başladı:
— Ramazanın gəlininin uşağı çox çətin olurdu. Oraya yığışan arvadlar məsləhət gördülər ki, Şərəbanını köməyə çağırsınlar. Şərəbanı içəri girən kimi bir gəlinə, bir arvadlara baxdı, tez gəlinin kürəyinə bir təpik vurub dedi:
— Güc vur, köpək oğlunun qızı!
Axır ki, uşaq oldu. Şərəbanı işindən çox razı qalıb, öz məharətindən danışmağa başladı.
Diqqətlə Törə xanımın söhbətini dinləyən Cəfər ondan xahiş etdi ki, Şərəbanını bizə gətirsin.
Törə xanım Şərəbanını bizə gətirdi. Cəfər onunla xeyli söhbət etdi. ”Almaz”ın finalında Fatmanisənin komissiya qarşısında söylədiyi sözlərin bəziləri Şərəbanının həmin söhbətindən götürülmüşdür. Sonradan mən “Almaz”ı oxuyanda Cəfərdən soruşdum ki, deyəsən, Şərəbanın sözlərini Fatmanisənin dili ilə vermisən?
Cəfər dedi:
— O cür adamı mən göydə gəzirdim, əlimə yerdə keçdi.
İndi həmişə “Almaz”a baxanda Şərəbanı arvadı xatırlayıram.
“Almaz” əsəri səhnəyə qoyulanda quruluşçu rejissorun başqası olmasına baxmayaraq rolları ifa edən artistlərlə Cəfər özü işləyirdi. Hətta rolların paltarlarını da Cəfər özü seçirdi. Yaxşı, gecə uşağı əmizdirməyə gələndə geydiyi tuman anamın tumanı idi. Cəfər mənə dedi ki, bu tuman Yaxşının əsil malıdır. Anan bilməsin, qoy onu aparım geydirim Yaxşıya. Mən razılıq verdim. İndiyədək anam tumanının haraya aparıldığını bilmir.
Cəfər “Almaz” əsərindəki Sürmə rolu haqqında deyirdi: “Gülarə böyüyən kimi aparacağam onu səhnəyə, Sürməni oynasın”.
Lakin Cəfərin vaxtsız ölümü, Gülarəni səhnədə görməyə ona imkan vermədi. Mən Cəfərin ölümündən səkkiz il sonra 1943-cü ildə, onun arzusunu yerinə yetirmək üçün qızımı Əzizbəyov adına teatra apardım. Balaca Gülarə bir neçə dəfə Sürmə rolunda çıxış etdi.
Cəfər “1905-ci ildə” əsərini “Almaz”dan sonra, 1931-ci ildə yazmışdır. O, həmişəki kimi, bu pyesi də yazmadan əvvəl bu haqda çoxlu ədəbiyyat oxuyur, 1905-ci il hadisələrinin iştrakçısı olan qoca kişilərlə söhbət edirdi. Adını unutduğum bir inqilabçı fəhlənin öldürülməsini görən adamlardan ətraflı məlumat almışdı. Həmin adamlar Cəfərə inqilabçının necə, harada, nə vaxt öldürülməsini söyləmişdilər.
Cəfər kitablardan əldə etdiyi məlumat və adamlarla apardığı söhbətlər əsasında əsərin planını tərtib etmişdi. Əsərin planı 5-6 səhifəlik dəftər vərəqində idi. Mən həmin planı özüm bilmədən Cəfərin bəzi kağızları arasında haraya isə qoymuşdum. Cəfər bir gün mənə dedi ki, ay Sonası, mənim bir planım var idi, axtarıram, tapa bilmirəm. Orda, fəhlələrin danışıqları və mənim bəzi qeydlərim yazılmışdı. Bəlkə sənə rast gəlib?
Mən üç gündən sonra Cəfərin dediyi planı tapıb ona verdim. Cəfər o gündən “1905-ci ildə” əsəri üzərində işləməyə başladı. Cəfər deyirdi ki, bu çox çətin mövzudur. Erməni-azərbaycanlı qırğınının səbəblərini camaata başa salmaq lazımdır. Cəfər həmin əsər üzərində bir ildən artıq işləyərək, onu teatr kollektivinə təqdim etdi.

“1905-ci ildə” əsəri teatr kollektivi tərəfindən oxunub müzakirə olundu. Pyes hələ tamaşaya qoyulmazdan əvvəl böyük mübahisələrə səbəb oldu. Bir çoxları əsərin müvəffəqiyyət qazanmayacağını və pyesin siyasi xəttinin düzgün olmadığını iddia edirdilər.
Tamaşanın quruluşu o zaman Moskvadan Bakıya dəvət olunmuş Lutse familiyalı bir rejissora tapşırılmışdı. Cəfər də Lutse ilə birlikdə işləyirdi. Cəfər yayda bağa göndərdiyi məktubların birində yazırdı: “Öz işlərim o qədər yaxşı deyil. Lutse pyesi yaxşı başa düşmür. Biraz üzümü o yana çevirirəm, bir də görürəm ki, vurub aləmi qarışdırıb bir-birinə, göndərib şuluq-bazara. İndi gəl çalış, düzəlt. Lap əldən düşmüşəm. Qorxuram ki, pyes adi tərcümə əsərlərinin birinin kökünə düşsün. Hər halda nə olursa-olsun, bütün qüvvəsilə gedə bilməyəcəkdir. Bir qədər zəifləyəcəkdir. Mən əlimdən gələn qədər o nöqsanları yumşaltmağa çalışacağam. İndi bilmirəm nə olacaqdır. Bir dəqiqə evdə rahat dura bilmirəm, ayaqüstü bir parça çörək yeyib qaçıram. Görək bəlkə bir təhər etdik. Bağa da ona görə gələ bilmirəm. Müdiriyyət özü də bir az pyesin korlanmasından qorxur. Ona görə də getməyin adını çəkmək olmur”.
Sonradan, “1905-ci ildə” pyesi yeni quruluşda ikinci dəfə tamaşaya qoyulduğu zaman rejissorluğu Cəfərin özünə tapşırmışdılar. Cəfər məktublarının birində bu haqda yazırdı: “Azərbaycan teatrında “1905-ci ildə” pyesini yeni quruluşda verməliyəm. Rus teatrında “1905-ci ildə” gedir. Mayorov deyir ki, gərək mütləq ikimiz işləyək, tək bacarmaram. Operadan da deyirlər ki, gərək “Səfa”nın quruluşunu sən verəsən. Bizim teatrda da “Otello”nu təzələmək mənim boynuma qalmışdır. Hamısı da bir vaxtda. Xülasə aləm qarışıb bir-birinə. Hə, “Od gəlini”ni də gərək Mayorovla mən işləyəm. Budur, mənim təxmini işlərim”.
Cəfər “Dönüş”ü 1932-ci ildə Fatmayı bağlarında Azərbaycan Dövlət Dram Teatrının Sovet hakimiyyəti illərində yenidən açılmasının 10 illiyi münasibətilə yazmışdır. Biz bağa köçəndə bu yubileyə böyük hazırlıq gedirdi.
Cəfər şəhərdən bağa göndərdiyi bir məktubda mənə yazırdı: “Sonası, bu saat heç bir qruşum da yoxdur, lat-lüt, züvar imam Rza. Çox güman ki, sabah pul alaram, ancaq tramvay altında-zadda qalmasam. Yazı işlərim yaman deyil, yeriyir. Yenə işləmir xod kimi görünür. Ancaq çətini bir-iki gündür, ondan sonra deyəsən nizama düşəcəkdir. 3-4 gündən sonra balaca bir pyes yazmağa başlayacağam. Burada qurtarmasam, gətirib bağda yazaram. Məzmununu sən bilirsən, istəyirsən yadına salım.
Hicrinlə zarəm,
Biixtiyarəm.
Dərdindən ey gül,Mən biqərarəm,
Mən bir bağa girmişəm,
Gözəl bir gül görmüşəm,Ona könül vermişəm,
Biixtiyarəm”
Bir neçə gündən sonra o, özü də bağa gəldi. Ancaq istirahət üçün yox, işləmək üçün. Bağa gələn kimi Cəfər mənə dedi: — Sonası, teatrın yubileyi münasibətilə artistlərin həyatından bir əsər yazaram. Mənim üçün burda şərait yarat ki, işləyə bilim.
Bağda bir otağımız var idi. Ona görə də biz günümüzü əsasən kölgəliklərdə keçirir, otağı Cəfərin ixtiyarına verirdik. Bir gün səhər Cəfər qan-tər içində otaqdan çıxdı. Bərk həyəcanlı idi. Səbəbini soruşdum. Dedi:
— “Dönüş”ün bir yerini – Gülərin səhnəyə gəldiyi yerini nə qədər düzəldirəm olmur, “Oqtay”dakına oxşayır.
O gün Cəfər səhərdən axşama kimi əlini ağdan-qaraya vurmayaraq, hey fikirləşirdi. Bir-iki gündən sonra mən ondan soruşdum ki, ay Cəfər, nə oldu, Gülərin səhnəyə gəlməsi yerini düzəldə bildinmi, daha “Oqtaya” oxşamır ki? O, gülüb dedi:
— Əlbəttə, düzəltdim, daha heç bənzəmir.
“Dönüş”ü yazarkən baş verən bir hadisə də bugünkü kimi yadımdadı. Cəfər həmişə işləyəndə çoxlu çay içərdi. Bu onun ürəyinə zərər idi. Bir dəfə ona dedim ki, ay Cəfər, çayı az iç, bağ yeridir, qəndimiz azdır. Bir az sonra mən Cəfər üçün ikinci stəkanı gətirəndə o, mənə bir kağız uzatdı. Kağızda belə yazılmışdı:
“Ay Sonası, çay gətir mənimçün,
Qələndərəm pay gətir mənimçün.
Bağ yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən say gətir mənimçün”.
Cəfər bağda “Dönüş”ü yazıb qurtardı və Bakıya apardı. Oradan göndərdiyi başqa bir məktubunda yazırdı:
“Pyesi artistlərə oxudum. Bəyəndilər. İndi o yanını, bu yanını düzəltməklə məşğulam, bir də “1905-ci il”i məşq eləyirik. Məndən nigaran qalma, burada bir təhər dolanıram. Ürəyim ağrıyırdı. Soyuq dəymişdi, sonra da isti idi. İndi babatdır, yəni yaxşıdır. Sabah bizim vıxodnoydur. Çox çalışdım, bugün gəlim, mümkün olmadı, pyes gecikər. Ayağımı bir addım bir yana atmağa qoymurlar. Güman ki, gələn vıxodnoy gələrəm. Uşaqları yerimə öp. Baqi salam”.
“Dönüş”də Cəfər teatrın, demək olar ki, bütün işlərinin hərəkətlərindən, davranışından istifadə etmişdi. O, özü deyərdi ki, mən bu əsərdə dram teatrının qapıçısından tutmuş, direktoruna kimi hamını təsvir etmişəm, hamının xasiyyətini, hərəkətlərini, davranışlarını nəzərə almışam.
Təsadüfü deyildi ki, pyes tamaşaya qoyulandan sonra artistlər arasında dedi-qodu başlanmışdı. Bəziləri narazılıq edirdilər. Hətta bir dəfə teatrın qocaman artistlərindən Bağır Cabbarzadə mağazada mənə rast gəlib dedi:
— Sona bacı, Cəfər qardaş məni təzə əsərinə niyə yazıb?
— Səni? Hansı əsərinə? – deyə ondan soruşdum.
— Bəs sən bilmirsən, Sona bacı? O, “Dönüş”dəki Xosməmməd mənəm də. Sən uşaqlarının canı, Cəfərə deyinən o rolu pyesdən çıxartsın.
Mən Bağırın şikayətini Cəfərə dedim. Cəfər cavab verdi ki, Bağır niyə inciyir? Orada bir o yox, bütün artistlər, rejissorlar, bəzi yazıçılar da var. Hətta mən özüm də varam. Burada inciməli bir şey yoxdur ki? Nə var, onu yazmışam. Eləməsinlər, yazmayım.
“Dönüş” əsəri 1932-ci ildə tamaşaya qoyuldu. Əsər tamaşaçılar tərəfindən yaxşı qarşılandı.
“Dönüş”dən sonra Cəfər “Yaşar”ı yazdı. Bu pyes Cəfərin son dram əsəridir. Cəfər bu əsərin üzərində çox inadla işləyirdi. O, “Yaşar”ı bir həftəyə yazmışdır.
Səhər tezdən gecə yarıyadək otağa çəkilib çölə çıxmırdı. Çay-çörəyini də orada yeyib-içirdi.
Bir dəfə Cəfər evdə işlərkən nə üçünsə mən otağa getdim. Cəfər otaqda gəzişib əlləri alnında nə isə fikirləşir, bəzən ayrı-ayrı cümlələri də bərkdən təkrar edirdi. O, məni otaqda görüb, incidi, dedi ki, niyə otağa gəldin, fikrimi dağıtdın, daha işləyə bilmirəm. Həqiqətən, o gün Cəfər yazmadı. Bir az bizimlə söhbət etdikdən sonra, qalxıb işə getdi. Evə gələndən sonra yenidən işə başladı.
“Yaşar” pyesi yazılıb qurtarmışdı. O günlərdə Cəfərin yaxın dostu, bəstəkar Asəf Zeynallı vəfat etmişdi. Asəf Zeynallını dəfn etdikdən sonra Cəfər, o zaman redaksiyada işləyən bir yoldaşla evə gəldi. Çörək yeyəndən sonra, ikilikdə əsərin bəzi yerlərini oxudular. Durub işə gedəndə əsəri də özləri ilə apardılar.
Cəfər evə gələndə gördüm ki, şalvarının dizləri gedib, əli-qolu sıyrılıb. Səbəbini soruşduqda belə cavab verdi: — Sonası, soruşma, evdən çıxıb hər ikimiz tramvaya mindik. Tramvaydan düşüb bir qədər getmişdik ki, gördük, portfel yoxdu. Sən demə, o elə bilib ki, portfeli mən götürmüşəm, mən də elə bilmişəm ki, o götürüb. Düşdük, bu tramvayların dalınca. O tramvaydan bu tramvaya mindik. Hətta Karl Marks meydançasının yanında az qalmışdı ki, tramvayın altına düşüm. Tramvay sürənlərdən portfeli soruşdum, gördüm deyən olmadı. Axır ki, öz mindiyimiz tramvayı bir təhər tapdıq. Tramvay sürən dedi:“Cəfər, portfelinizdən tanıdıq ki, sizinkidir, verdik Baksovetin qabağındakı tramvay məntəqəsinə. Oraya yüyürdük, portfelimi həmin məntəqədən tapdıq. Yaxşıdır ki, tapdıq. Əgər tapmasaydım, bəzi “dostlarım” deyəcəkdilər ki, Cəfər əsəri bilə-bilə itirib. İkinci dəfə də mən onu yenidən, o cür yaza bilməzdim...
“Yaşar” oxunub teatr tərəfindən bəyənildi və tamaşaya qoyulması qərara alındı. Tamaşanın quruluşunu rejissor Varşavskiyə tapşırmışdılar. Səftər Turabov da quruluşçu rejissorun laborantı idi. Cəfər özü ilə Səftəri götürüb mağazaları gəzir, müxtəlif kimyəvi maddələr alır, təcrübələr keçirirdi. Əsərin laboratoriya səhnəsidəki partlayışların hamısını Cəfər özü düzəltmişdi.
Nəhayət, “Yaşar” tamaşaya qoyuldu və böyük müvəffəqiyyət qazandı.

Qəmər Seyfəddin qızının Cəfər Cabbarlı haqqında xatirələri
Qəmər Seyfəddinqızı
Cəfər Cabbarlının Ev Muzeyinin direktoru
Azərbaycan ədəbiyyatının görkəmli, dahi siması olan Cəfər Cabbarlı çox az, 35 il yaşamasına baxmayaraq indki nəsillərimiz üçün qiymətli ədəbi irs qoymuş, təkcə ədəbiyyatımız üçün deyil, bütövlükdə Azərbaycan mədəniyyəti və incəsənəti üçün əlindən gələni əsirgəməmişdir.
Yazıçı ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlamışdı. “Eşidənlərə” və “Şücaətim” adlı ılk şeirləri 1911-ci il 5 noyabr tarixində “Həqiqəti-əfkar” qəzetinin 2-ci nömrəsində dərc edilmişdi. Sonralar bir sıra lirik və satirik şeirlər yazsa da, yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının əsasını qoyanlardan biri kimi tanıtdırmışdır.
Cabbarlının Azərbaycan milli teatrının formalaşmasında, yeni prinsiplər üzərində qurulması və inkişafı yolunda göstərdiyi xidmətlər əvəzsizdir. Uzun illər keçməsinə baxmayaraq ədibin əsərləri indi də öz müasirliyini və aktuallığını itirməmiş, bu gün də teatrlarımız yazıçının əsərlərinə müraciət etməkdədirlər.
Dərin fitri istedadı, parlaq zəka və fövqəladə əmək ehtirası C. Cabbarlının yaradıcılığında birləşmişdi. Dramaturq teatrda işləməklə bərabər, demək olar ki, incəsənətin bütün sahələrində çalışırdı. Yazıçı Seyfəddin Dağlının Cabbarlı ilə bağlı fikirləri ilə desək, “ ...onun yaradıcılığı doğrudan da tükənməz dəfinədir. Təxminən 20 illik qısa dövrdə yazıçı lirik və satirik şeir, nəsr, dramaturgiya, tərcümə, kino və opera sahəsində çalışmış, əədəbiyyat və teatr sənətinə dair bir sıra məqalələr yazmışdır.”
Cəfər Cabbarlının müasirlərinin xatirələrindən, yaxınlarının verdiyi məlumatlardan əldə etdiyimiz faktlar bizə əsas verir ki, yazıçının musiqi ilə bağlılığı, bəstəkarlıq fəaliyyəti haqqında oxucularımıza bəzi məlumatları verək.
C. Cabbarlı musiqi vurğunu olmuş, xalq mahnılarını çox sevmişdir. Yəqin buna görədir ki, ədib öz pyeslərinin bəzilərinə özü bir neçə musiqi əsəri bəstələmişdir.
Böyük yazıçı ilə bir dövrdə yaşamış, onunla çiyin- çiyinə işləmiş görkəmli incəsənət ustalarının, teatr xadimlərinin, tanınmış ziyalıların Cəfər Cabbarlının həyatı, onun iş üsulları və yaradıcılıq vərdişləri haqqında bir sıra maraqlı xatirələri yazıçı ilə bağlı nəşr olunan kitablarda dəfələrlə oxucularımıza təqdim olunmuşdur. Həmin xatirələrdə dramaturqun musiqiyə olan dərin marağının və ciddi münasibətinin şahidi oluruq. Cabbarlının həyat yoldaşı Sona xanım öz xatirələrində yazırdı:
“ Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi.Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü bir mahnı yaradırdı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı zümzümə edər, pianoda çalardı. Sonra pyesi yazmağa başlayardı. Məsələn, “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə” əsərində Sonanın “Azad bir quşdum”, “Almas”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun “Sənin dərdindən” mahnıları belə yaranmışdır.
“Sevil”i yazmamışdan bir-iki ay qabaq belə bir mahnı oxuyurdu:
Sənə nə olub, zalım yar?
Qadan-balan alım, yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.
O, işdən gələndə, yatanda, işləyəndə həmişə bu mahnını oxuyardı. Bir dəfə ona dedim: bir mahnını oxuyarlar bir dəfə, üç dəfə; yoxsa səhər- axşam, axşam- səhər dilindən düşmür, bu nədir? Cəfər dedi: Sonası, sən bilmirsən, bir əsər yazacağam ki, onun mahnıllarını bütün xalq oxusun. Onda bilərsən ki, bu mahnı nə deməkdir”... Amma nədən, nə mövzuda əsər yazacağını bildirmədi” (Sona xanım Cabbarlı, “Onu kim unudar” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1969, səh.53-54)
Yazıçı daim musiqi ilə səhnənin ayrılmazlığını sübut etməyə çalışmış və buna nail olmuşdur.
Görkəmli səhnə ustası Süleyman Tağızadənin C. Cabbarlı haqqındakı xatirələrinə nəzər salaq:
“Heç yadımdan çıxmaz. 1931-ci il idi. Teatr Texnikumuunu yenicə bitirmişdim. Məni indiki Azərbaycan Dövlət Akademik Dram Teatrına aktyor təyin etmişdilər. Səhər saat on birin yarısı idi. Teatrın foyesində gəzişirdim. Bu vaxt Cəfər Cabbarlı mənə yaxınlaşıb:
- Yoldaş Tağızadə, tar çalmaq bilirsinizmi?- deyə soruşdu.
- Xeyr, bilmirəm.
- Çox təəssüf,- deyə o, məndən ayrılıb pillələrlə yuxarı çıxmağa başladı.
Bu söhbət məni çox maraqlandırdı. Ertəsi gün C. Cabbarlının kabinetinə gedib soruşdum:
- Cəfər qardaş, sizin mənə verdiyiniz sualın səbəbini bilmək istəyirəm.
- Mən sənə bir rol yazırdım, təəssüf ki, tar çalmaq bilmirsən.
- Cəfər qardaş, məktəbi yenicə qurtarıb gəlmişəm, tar almağa imkanım yoxdur. Əgər tarım olsaydı, sizin arzunuzu yerinə yetirərdim.
Cəfər bir söz demədi. Saat üçdə, məşqi qurtarana yaxın xidmətçi qadın mənə yaxınlaşıb dedi:
- Yoldaş Tağızadə, Cəfər Cabbarlı səni çağırır.
Getdim. Cəfər bir söz demədən ayağa durdu və:
- Gedək!- dedi.
- İndiki Sabir bağının yanındakı meydanda musiqi alətləri satılan mağaza var idi. Mağazaya girdik. Satıcı Cəfəri tanıdı və:
- - Cəfər yoldaş, nə istəyirsiniz?- deyə soruşdu.
- - Mənə bir yaxşı tar ver!
Satıcı bir tar gətirib Cəfərə uzatdı.
Cəfər tarın simlərini mızrabla cingildətdikdən sonra kassaya yaxınlaşıb tarın pulunu verdi və tarı alıb, mənə uzatdı. “Yəqin ki, tarı küçə ilə əlində aparmağa utanır”, -deyə düşündüm.
Biz mağazadan çıxıb yolumuza davam etdik. İndiki Azərbaycan Dövlət Universitetinin qabağında 2 nömrəli tramvay dayanacağı var idi. Cəfər mənimlə xudahafisləşib tramvaya doğru yönəldi.
- Cəfər qardaş, tarınız qaldı,- deyə onu səslədim.
Cəfər qayıtdı.
Baxşı rolunda -S. Tağızadə
-Deyirdiniz ki,tarım yoxdur, tar olsa, çalmağı öyrənib, sizin arzunuzu yerinə yetirərəm. Bu da tar. Mən bunu sənə yadigar verirəm. Necə dyərlər, bu meydan, bu da şeytan. İndi öyrən,- deyə o, ikinci dəfə xudahafisləşib, məndən ayrıldı.
Bir tərəfdən böyük dramaturqun mənim üçün yazdığı rol, diğər tərəfdən bu hədiyyə məni son dərəcə sevindirdi. Evə gəldim və o gündən tar çalmağı öyrənməyə başladım. Bir neçə vaxtdan sonra teatrda Cəfər Cabbarlıya dedim:
- Cəfər qardaş, mən bir qədər öyrənmişəm. Əsərdə çalacağım havanı bilsəydim, pis olmazdı.
O, Əfrasiyab Bədəlbəyliyə zəng etdi və dedi ki:
- Sabah saat üçdə teatrda, mənim yanımda olarsan.
Ertəsi gün saat üçdə Əfrasiyab, mən və Cəfər Cabbarlı bir yerə toplaşdıq. Cəfər Əfrasiyaba dedi:
- “Azad bir quşdum” mahnısını Tağızadəyə öyrətmək lazımdır.
- Cəfər mahnının havasını zümzümə edib, notu yazmağı Əfrasiyab Bədəlbəyliyə tapşırdı.
Bir müddət bu havanın üzərində işlədim və nəhayət Cəfərin istədiyi kimi çalmağa müvəffəq oldum. Əsər meydana çıxdı” (S. Tağızadə “Unudulmaz xatirə”. “Cəfər Cabbarlı haqqında xatirələr, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1969, səh.142-143, “Böyük sənətkar”, “Gənclik, Bakı, 1976, səh.150-151)
Cəfərin yazdığı bu mahnı “1905-ci ildə” əsərində Baxşının tarda çaldığı “Azad bir quşdum” mahnısı idi.
Həmin hadisənin canlı şahidləri olan tanınmış teatr xadimlərinin bir- birindən xəbərsiz olaraq məhz bu hadisə ilə bağlı danışdıqları xatirələr ayrı- ayrı illərdə mətbuatda işıq üzü görmüşdür. O dövrdə teatrda Cəfərlə çalışan tanınmış aktyor Məcid Şamxalovun bu hadisə ilə bağlı xatirəsində oxuyuruq:
“ Yadımdadır, “1905-ci ildə” Sona ilə Baxşının səhnələrini o şəxsən özü məşq edirdi. Baxşı rolunu Süleyman Tağızadə oynayırdı. O, rolda tar çalmalı idi. Cəfər Süleymana tar aldı və öz xərcinə müəllim tutub onu tar çalmağa hazırladı. Əsərdə Sonanın yanıqlı bir havası var:
Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm
Bu gənc yaşımda.
Musiqisini şəxsən Cəfərin özünün bəstələdiyinin şahidiyəm.

Cəfər mahir dramaturq olmaqla bərabər, incəsənətin bütün incəliyini dərindən duyan təkmil şəxsiyyətdi.” (Məcid Şamxalov “Dramaturgiyamızın parlaq ulduzu”,“Ədəbiyyat və incəsənət” qəzeti, 19 mart 1982-ci il)
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əlyazmaları şöbəsində xalq artisti Süleyman Tağızadənin yuxarıda diqqətə çatdırılan “Unudulmaz xatirə” adlı çox qiymətli xatirə yazısının ərəb əlifbası ilə əlyazması (inventar nömrəsi 483) və böyük dramaturqun aktyora hədiyyə etdiyi tar qorunub saxlanılır. Məhz elə aktyorun “Unudulmaz xatirə”sində bu məsələlərə geniş aydınlıq gətirilərək,həm yazıçının “1905-ci ildə” əsərində Baxşı obrazı üçün (Baxşı rolunun ifaçısı Süleyman Tağızadə üçün) şəxsən aldığı tar haqqında və bu rol üçün yazmış olduğu “Azad bir quşdum” mahnısının yazılma tarixçəsi barədə məlumat verilir. Həmin xatirə yazısı S. Tağızadə tərəfindən ona bağışlanan tarla bərabər 1959-cu ildə dramaturqun 60 illiyi münasibəti ilə N. Gəncəvi adına Ədəbiyyat Muzeyində təşkil olunmuş sərgiyə təqdim olunub. ”Unudulmaz xatirə” müxtəlif illərdə bir neçə dəfə nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir.

Görkəmli alim, C. Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçılarından olan akademik M.A.Dadaşzadənin elmi əsərində, uzun müddət Azərbaycan Dram Teatrında işləmiş tanınmış teatr xadimi rejissor A.A. Tuqanovun Cabbarlı haqqında yazdığı xatirələrdə dramaturqun “Dönüş” əsərində Turacın mahnısınınn, V. Şekspirin “Hamlet” faciəsində (tərcümə C. Cabbarlınındır) marşların musiqisinin Cabbarlıya aid olması qeyd olunaraq həmin mahnıların nota salınmaması və ya notların itməsi barədə təəssüflə məlumat verilir.
Professor M.Arif yazırdı: “... Bəzən ədib mahnını hətta öz əsərinin ana xətti, leytmotivi kimi alır. Yuxarıda göstərdiyimiz kimi, Cabbarlı yeni bir pyes üzərində işləməyə başlayanda çox vaxt əvvəlcə orada işlədəcəyi əsas mahnılardan birini hava ilə oxuyub təkrar etməklə məşğul olurdu. Bu hal onun üçün, demək oar ki, bir yaradıcılıq üsuluna çevrilmişdi. Mahnılara belə xüsusi əhəmiyyət verdiyi üçündür ki, Cabbarlının mahnıları səhnədə səmimi səslənir, əsərin ideyasını açmağa kömək edir, tamaşaçıların böyük məhəbbətini qazanırdı.
Cabbarlının mahnıları, əksəriyyətlə, xalq mahnılarına yaxın ruhda, sadə və aydındır. Bu da onların əsərə xüsusi bir təbiiliklə, üzvi surətdə bağlanmasına səbəb olur.( M. Arif “Seçilmiş əsərləri”, 2-ci cild, Azərb.SSR EA Nəşriyyatı, Bakı,1969-cu il, “C. Cabbarlının yaradıcılıq yolu” səh.244-245)
M. Arif Cabbarlının “Dönüş” əsəri haqqında yazırdı: “Arvadı Sona Cabbarlıya göndərdiyi məktubda ədib bu barədə belə yazmışdı: bir balaca pyes yazmağa başlayacağam. Burda qurtara bilməsəm, gerisini gəlib bağda qurtaracağam... Məzmununu sən bilirsən; istəyirsən yadına salım:
Hicrində zarəm
Biixtiyarəm,
Dərdindən ey gül,
Mən biqərarəm.
Mən bir bağa girmişəm.
Gözəl bir gül görmüşəm.
Ona könül vermişəm,
Biixtiyarəm...

Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi “balaca pyes” – “Dönüş” pyesi idi. Sona Cabbarlının dediyinə görə, Cabbarlı hər bir yazacağı əsərin əvvəlcə əsas mahnısını hazırlar və evdə tez- tez təkrar edib, hava ilə oxuyarmış. Bu mahnılar əsərdən çox əvvəl yaranaraq, leytmotiv halında inkişaf edər və nəhayət əsər yazıldığı zaman orada öz yerini taparmış. Məktubda xatırladılan nəğmə son zamanlarda onun evdə tez- tez oxuduğu nəğmələrdən biri idi. ( M.Arif “Seçilmiş əsərləri”,2-ci cild, səh. 186- 187)
Dramaturqun yaxın dostu, rejissor A.A.Tuqanovun xatirələrindən: “ Bəstəkar Mailyanın musiqisi Cəfər Cabbarlının motivləri əsasında yazılmışdı. Bu musiqini, xüsusən matəm marşını mən bəstəkar Mailyanın dəfn mərasimində xatırladım. O zaman “Hamlet”in marşını eşidən yoldaşlar da bunu xatırlayırlar. Təəssüf ki, bu notlar saxlaılmamışdır, onları tapmaq çətindir. Bütün musiqi muğamat əsasında yazılmlşdı.” (A.A. Tuqanov “Cəfər Cabbarlı haqqında xatirələr”, 1944-cü il)
Beləliklə, “Hamlet” tragediyasındakı hadisələr Danimarkadan naməlum bir Şərq şəhərinə köçürülmüşdü. Işin gedişi ilə həvəslənən Cabbarlı artıq mütərcimlikdən “çıxmış”, rejissor müavini omuşdu. Tamaşanın musiqisini də Cabbarlının göstərdiyi motivlər əsasında bəstəkar Mailyan yazmışdı.” ( M.Arif “Seçilmiş əsərləri” 2-ci cild, səh.117)
Çox zəngin, hərtərəfli yaradıcılığa və fenomenal istedada malik olan bir şəxsiyyətin, Cəfər Cabbarlıbnın vaxtı ilə öz əsərlərinin bir neçə qəhrəmanı üçün mahnı bəstələməsi yazıçının yaradıcılığına yaxşı bələd olmayanlara təəccüblü görünsə də ədibin musiqi yaradıcılığı barədə mətbuatda və müxtəlif ədəbiyyatlarda lazımi qədər məlumatlar işıq üzü görmüşdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun professoru, filologiya elmləri doktoru, C. Cabbarlı əsərlərinin tanınmış tədqiqatçısı Asif Rüstəmlinin “Faktsızlıq sindromu” adlı məqaləsində ( A. Rüstəmli “Susmaz duyğuların səltənətində” Bakı, “Elm, 2002-ci il) bu məsələ ilə bağlı geniş araşdırma aparılmış, bəzi suallara müəyyən aydınlıq gətirilmişdir.
Qeyd edək ki, musiqi haqqında çox geniş məlumata və gözəl musiqi duyumuna malik olan, həm Azərbaycan, həm də Avropa musiqisini dərindən dərk edən istedadlı yazıçının lirik və vətənpərvərlik ruhunda yazılmış daha bir neçə mahnısının olması haqqında müxtəlif mənbələrdən məlumatlar almaq olar. Lakin bu nəğmələr də nota salınmadığı üçün itdiyi güman edilir.
Cəfər Cabbarlının mahnılar bəstələməsi onu yaxından tanıyan qohumlarına, dostlarına yaxşı məlum idi. Yazıçını xatırlayanlar onun az bir zamanda gördüyü nəhəng işlərdən bəhs edərkən istər- istəməz yazdığı mahnıları da yada salaraq öz xatirələrində bu barədə məlumatlar vermişlər. Dramaturqun yaxın dostu Mirzə Bala Məhəmmədzadə mühacirətdə ikən Cəfər Cabbarlının ölümünün 3-cü ildönümü münasibəti ilə yazırdı:
“ Cəfər intişar etməmiş, fəqət yolda, dərsdə, işdə daima təkrar etdiyi şeirində diyor ki:
Türk sağ ikən yurduna əl vurulmaz,
Ölsə də zəncir daşımaz, qul olmaz.
Ölkə bənim, vatan bənim, yurt bənim,
Arş irəli, arş irəli askerim.”
“ Cəfər qəhrəmanlıq, yurdsevərlik, milliyyətçilik təlqin edən sözlərlə birlikdə,motivi də kendisine aid olan digər bir şarkısında diyordu ki:
Kafkasyanın dumanlı dağlarında,
Oynaşarak koşuyor.
Dört bir yana aşıyor,
Azərbaycan askeri.
Od yurdunun hüdudların düşmənlərdən
Sarsılmadan koruyor,
Aslan kibi ölüyor, Azərbaycan askeri.
Arş irəli, arş irəli Azərbaycan.
Marş irəli, marş irəli
Yaşasın Azərbaycan!
Cəfərin oynaq, şaqraq, şən və coşqun bir motiv üzərinə söylənmiş və qeyri mətbu bulunan bu şarkısında milliyyətçiliklə yurdçuluq, Azərbaycançılıqla Kafkasiyaçılıq mükəmməl bir surətdə telif edilmişdir.”( Mirzə Bala. Cəfər Cabbarlı (vəfatının 3-cü ildönümü münasibətilə. “Kurtuluş” məcmuəsi, Berlin, 1938, yanvar, №39, səh.18).
Bir sıra mənbələrdən əldə olunan məlumatlar Cəfər Cabbarlının doğrudan da mahnılar bəstələməsini təsdiqləyir. Yazıçının qısa bir vaxt ərzində yaratdıqlarına- teatr, kino, tərcümə, jurnalistika, opera və teatrşünaslıq sahəsində gördüyü ağlasığmaz nəhəng işlərə bir də bəstəkarlıq yaradıcılığını əlavə etsək, belə qənaətə gələ bilərik ki, Cəfər Cabbarlı əsil sənət fədaisi, xalqının maariflənməsi yolunda canını əsirgəməyən, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı üçün ömrünün sonuna qədər çalışan dahi bir şəxsiyyət olmuşdur.

Yazıçı Sabit Rəhmanın Cəfər Cabbarlı haqqındakı xatirələri
Məşhur Azərbaycan yazıçısı Sabit Rəhmanın Cəfər Cabbarlı haqqındakı xatirələrini təqdim edir.
1923-cü ilin payızı idi. Mən Bakıya oxumağa gəlmişdim. Bu böyük şəhər öz əzəmətilə məni sarsıtmışdı. Hər gün yeni şeylər, adını eşidib üzünü görmədiyim maraqlı və qəribə şeylər görürdüm; dəniz, elektrik işığı, kinematoqrafiya və nəhayət teatr... Əsl mənasında professional və böyük teatr, o zamanlar Dadaş Bünyadzadənin adını daşıyan Azərbaycan Dövlət Dram Teatrı. Mənim Cəfər Cabbarlı haqqında xatirələrim bu teatrdan başlayır.
Cümə idi. Gündüz “Aydın” oynanırdı. Bu əsəri yoldaşlarım əzbər bilirdilər, ona dəfələrlə baxmışdılar. Amma mən ilk dəfə tamaşa eləyirdim. Pərdə açılandan “Aydın” pyesi məni valeh elədi, elə bil tamamilə yeni bir aləmə daxil oldum. “Aydın” ondan qabaq gördüyüm səhnə əsərlərinin heç birinə bənzəmirdi. Dil təzə, dialoqlar təzə, təsvir olunan həyat – hamısı təzə və orijinal idi. Hələ aktyorlar!.. Aydın - Abbas Mirzə Şərifzadə, Gültəkin - Mərziyə xanım, Dövlət bəy - Süleyman Səlimbəyov... Yadımda qalan bunlardır. Abbas Mirzə, Aydın rolunu elə məharətlə ifa edirdi ki, bu sənətkarlığı təsvir etmək çətindir. Mərziyə xanımın Gültəkini də elə parlaq və gözəl idi ki, aradan otuz yeddi il keçməsinə baxmayaraq, hələ indiyə kimi yadımdadır.
Tamaşa qurtaran kimi aktyorları görmək üçün teatrın arxa qapısının yanında dayandıq. Xeyli gözlədikdən sonra, nəhayət, Abbas Mirzənin çıxdığını gördük. Yanımdakı bələdçi danışmamış Abbas Mirzəni tanıdım, çünki onun elə xarakterik sifəti vardı ki, tanımamaq mümkün deyildi.
Abbas Mirzənin yanında üç nəfər də vardı; teatrın arxa qapısından çıxan kimi sola burulub, indiki Maligin küçəsilə getməyə başladılar. Biz də sair tamaşaçılarla bərabər onların arxasınca yollandıq.
Yolda mən Abbas Mirzə Şərifzadənin yoldaşlarının kim olduğunu uşaqlardan soruşdum. Məlum oldu ki, lap qabaqda gedən və nə isə danışıb yanındakıları qəhqəhə ilə güldürən gödək, arıq, qaraqaş, qaragöz oğlan həm artist, həm də rejissor müavini İsmayıl Hidayətzadədir. (Mən onu "İblis" tamaşasına Arif rolunda görmüşdüm.) Onun yanındakı ucaboy, enli kürək kişi Rza Təhmasibdir, üçüncüsü isə, üzünü görmək üçün həsrətini çəkdiyimiz Cəfər Cabbarlı idi.
Cəfərə o zaman 24-25 yaş yox, 20 yaş ancaq vermək olardı. Lap uşaq görünürdü. Özü xasiyyətcə utancaq idi; gözündəki çeşmək onu daha da utancaq göstərirdi. Bu qədər cavan bir adamın o cür güclü bir qələmə sahib olması, bizim ona olan marağımızı qat-qat artırırdı.
Biz üç-dörd tələbə yaxınlaşmağa utanır, bir az kənardan gedirdik. Söhbətləri çox şirin idi, nə barədə isə danışır və gülüşürdülər. Abbas Mirzənin qəhqəhəsi xüsusilə seçilirdi.
Parapetdən keçib Əzizbəyov küçəsilə getdilər, nəhayət, Quba meydanında bir kababçı dükanına girdilər. Biz onları kababçıya “təhvil verdikdən” sonra geri döndük.
Mənim o zamanlar çox qüvvətli hafizəm vardı. Bir adamı bircə dəfə görsəm, həmişəlik yadımda qalardı. Odur ki, Cəfər Cabbarlını yenidən görəndə, tamamilə başqa kostyumda olmasına baxmayaraq, o saat tanıdım. Teatrda, ikinci yarus lojaların birində oturmuşdu. Mən yoldaşlarıma xəbər verdim, ortalığa pıçhapıç düşdü, gözümüzü ona zillədiyimizi görüb utandı və haraya isə getdi.

“Oqtay Eloğlu” əsərinə baxırdıq. Salon ağzına kimi dolu idi. Tamaşaçıların demək olar ki, doxsan faizi tələbə idi. Baş rolları yenə Abbas Mirzə ilə Mərziyyə xanım oynayırdılar.
Biz, inqilabın ilk illərinin böyük pafosu ilə yaşayan, burjua dövrünün ikiüzlülüyünü, yalan və iftiraçılığını ifşa etməkdə iştirak eləyən gənclər idik. Cəfər Cabbarlı bu dram əsərlərilə elə bil ürəyimizdən xəbər vermişdi. Hər səhnə, hər epizod, hər söz bizə təsir eləyirdi, həyəcanlanırdıq, gülürdük, mütəəssir olurduq, əl çalırdıq. Abbas Mirzə Şərifzadə , “Həqiqət istəyirəm, həqiqət”, deyə gur-gur guruldadıqca, biz səhnəyə sıçramaq, onu qucaqlayıb öpmək istəyirdik.
Tamaşa qurtaran kimi bütün salon ayağa qalxıb əl çalmağa və müəllifi səhnəyə çağırmağa başladı. O gün “ Oqtay Eloğlu” nun nə bilim neçənci tamaşası idi. Ona görə də bizim: “Müəllif, müəllif”, - deyə çağırmağımız qəribə görünürdü. Xeyli əl çaldıq, nəhayət, bir nəfər pərdənin qabağına çıxdı və müəllifin teatrda olmadığını elan etdi. Biz Cəfər Cabbarlını bir az əvvəl lojada gördüyümüzdən, bu sözə inanmadıq və “ Həqiqət istəyirik, həqiqət”, - deyə çağırmağa başladıq.
O gün tamaşa salonunda Cəfər Cabbarlı istedadının təntənəsini göstərən bir nümayiş əmələ gəldi.
Orta məktəbdə oxuduğum zaman Cəfər Cabbarlını yalnız ikicə dəfə görə bilmişdim. Ancaq aramızda onun haqqında hər gün söhbət olurdu. Cəfər yaradıcılığı hamımızı maraqlandırmağa başlamışdı. Onun əsərlərindəki qanadlı sözlər, oynaq cümlələr dillərdə dolaşırdı. Belə bir istedadın meydana çıxması ürəklərimizdə qəribə bir sevinc doğurmuşdu. Tələbə konsertlərində “ Aydın” dan, “Oqtay” dan monoloqlar oxunurdu. Elə gecə olmurdu ki, orda Cəfərin “ Şərq” və ya “ Ana” şeiri deklamasiya deyilməsin.
O zamanlarda həm Bakıda, həm də rayonlarda teatrın xüsusi azarkeşləri vardı. Bu adamlar çalışırdılar ki , bütün tamaşaların ilk gecələrində iştirak etsinlər. O vaxtlar teatr çox tez-tez yeni tamaşa göstərirdi. Ona görə də bu azarkeşlər daim hərəkətdə idi.
Yaxşı yadımdadır ki, “Od gəlini”nin ilk tamaşasına bizim rayondan gedənlər çox oldu. Onlar elə qəribə xəbərlərlə qayıtdılar ki, Şəkinin bütün məscidləri vəlvələyə düşdü. O vaxtlar Şəkidə mövhumat çox güclü idi. Elxanın allahın varlığına şübhə etməsi, səhnədən: “ Yoxdur allah, mənəm allah!” – deyə gür səslə bildirməsi dindar və mövhumatçı adamların arasında nə qədər söz-söhbətə səbəb olmuşdu.
Məscidlərdə aparılan bu qədər güclü dini təbliğat qarşısında Şəkidə çox cəsarətli və mübariz teatr dəstəsi vardı. Eyni zamanda həm gözəl aktyor, həm də rejissor olan Baxşəli Axundovun rəhbərliyi altında bu teatr dəstəsinin repertuarında din və mövhumat əleyhinə olan pyeslər əsas yer tuturdu. Məsələn, Molla Nəsrəddinin “Ölülər”i bu teatrın göstərdiyi əsas pyeslərdən idi. Sonralar “Od gəlini” də bu siyahıya daxil oldu.
Bayramla istirahət gününün yan-yana düşməsindən istifadə eləyib mən də bir neçə yoldaşımla bərabər “Od gəlini”nə baxmaq üçün Bakıya gəldim. Baxdıq. Çox çalışdıq. Tamaşa qurtarandan sonra teatrın ətrafında nə qədər hərləndik, nə qədər “pusduqsa”, bu gözəl pyesin müəllifinə rast gələ bilmədik.

“Sevil” tamaşasının rayonlarda əks-sədası daha gurultulu oldu. Xəbər yayıldı ki, bu tamaşaya baxmağa çadralı gedən qadınlar ondan çadrasız çıxırdılar. Qadınların çadra və mətbəx əsarəti əleyhinə rayonlarda böyük hərəkat başladı.
İşimizin çox ciddi vaxtı olduğundan, Bakıya gəlmək və “Sevil”ə baxmaq üçün imkan tapa bilmədik. Odur ki, bekar bir adam tapıb öz xərcimizlə Bakıya “ezam elədik” və “Sevil”in sürətini çıxarıb gətirməyi ona tapşırdıq.
Bir neçə gündən sonra o adam geri qayıtdı və şagird dəftərlərinə köçürtdüyü “Sevil”i bizə verdi. Şəhərin yuxarı hissəsində yerləşən “Marif evində” bu əsəri oxuduq. Heç kəs mane olmasın deyə, səhnənin arxasında oturmuşduq. Mən oxuyurdum, yoldaşlar dinləyirdilər. Gah kədərlənirdik, gözlərimiz yaşarırdı, gah da qəhqələ ilə gülürdük. “Sevil” bizə elə güclü təsir bağışladı ki, axırda Cəfər Cabbarlıya bir təşəkkür məktubu yazmağı qərara aldıq. Yoldaşlar bu işi mənə tapşırdılar. Mən o gecə oturub bir məktub yazdım, səhər durub məktubu oxuyanda xoşuma gəlmədi, uzunçuluq eləmişdim, lazım olmayan yerdə mətləbi uzatmışdım. Odur ki, yenidən yazdım və çox qısa olaraq böyük yazıçıya kiçik adamların təşəkkürünü bildirdim. Biz o məktubu göndərdik, ancaq Cəfər Cabbarlıya çatıb-çatmadığını bilmirəm. Sonralar onunla yaxından tanış olanda, bir-iki dəfə bu barədə soruşmaq istədim, ancaq nədənsə cəsarət eləmədim, utandım.
Cəfər iclaslara gəlməzdi, böyük yığıncaqlarda olmazdı. Teatrda əl çalmaqdan yorulardılar, səhnəyə çıxmazdı, tamaşaçıların, oxucuların qarşısında özünü nümayiş etdirməzdi, onların gözlərini yormazdı. Cəfər Cabbarlı son dərəcə təvazökar bir adam idi. Hamı onunçün tamarzı idi, onu bir dəfə görməkçün hamı həsrət çəkirdi.
Mən dağlı məhəlləsində yaşayırdım, Cəfərgilin qonşuluğunda. Düzdür, o qədər də qapıbir qonşu deyildik, bir-iki palan aramız vardı, ancaq onu bəzən uzaqdan təsadüfən görürdüm.
Mənə elə gəlirdi ki, o məni qətiyyən tanımır, kim olduğumu bilmir. Olsa-olsa “Əlisəttargilin kirayənişin”i kimi tanımış olardı.
1932-ci ilin axırı idi. Bir gün iki nömrəli tramvayla evə gəlirdim. Bilet almaq istədikdə konduktor dedi:
- Səninçün bilet alıblar.
- Kim alıb? – deyə təəccüblə soruşdum.
Konduktor yavaşca bildirdi:
- Lap ayaq tərəfdə oturmuş çeşməkli kişi ...
Dönüb baxdım. O göstərdiyi yerdə Cəfər Cabbarlı oturmuşdu. İri, qara haşiyəli çeşməyinin altından mənə baxıb gülümsünürdü. Cəld durub onun yanına getdim. Görüşdük. İlk sözlərimin nə olduğu yadımda deyil, çünki yəqin “nə zəhmət çəkirsiniz, mən sizi görməmişdim” kimi üzrahlıqdan ibarət idi. Cəfər isə mənə heç bir cavab vermir, yalnız gülürdü. Duracaqda ikimiz də düşdük. Yüngül xəzri əsirdi. Onun əynində iri damalı palto vardı, tramvaydan düşən kimi mənimlə vidalaşmaq istədi.
- Xeyr, xeyr—deyə etiraz etdim, - icazə versəniz, sizi evə qədər ötürərəm.
- Deyirlər bizimlə qonşusan, harda olursan ?
Mən öz evimi nişan verdim. Dağla yuxarıya qalxdıq, evlərinə qədər dinməz getdik. Bayaqkı şən halı yox idi, birdən-birə düşüncəyə dalmışdı. Onun bu xasiyyətini mən sonralar da müşahidə etdim. Əhvalı gözlənilməz şəkildə dəyişirdi. Deyib-güldüyü yerdə birdən qəmginləşir, ya da əksinə, tamamilə kefsiz olduğu zamanda, birdən fikrində nə isə tapıb güməyə başlayırdı.
Bütün yolu bir kəlmə danışmadıq. Onu da qeyd edim ki, Cəfər ümumiyyətlə çox az danışan adam idi.
Qapılarının ağzında məni evə dəvət elədi. Getmədim. Ayrıldıqda dedi:
- Sənin hekayələrini oxuyacağam.
Bu barədə aramızda heç bir söhbət olmamışdı. Mənim hekayələrim hardan onun yadına düşdü?

Bu ilk tanışlıqdan sonra mən onunla uzun zaman yalnız salamlaşa bildim. Cəfər şöhrət pilləkənini yuxarı qalxdıqxa gözə görünməz olur, yəni bar verdikcə başını aşağı dikirdi. “1905-ci ildə” , “Almas” , “Yaşar”, “ Dönüş” tamaşaları bir-birinin ardınca teatrda oynanır və hər əsərlə Cəfər istedadının yeni tərəfi meydana çıxırdı. Onun təkcə orijinal əsərləri yox, tərcümələri belə tamaşaçıları sevindirirdi. “Otello”nu, “Hamlet”i Cəfər Cabbarlı qədər gözəl, səlis, bədii tərcümə edə biləcək başqa müəllifi mən təsəvvür eləyə bilmirəm.
Əlbəttə, yaradıcılıq yolu Cəfər Cabbarlı üçün o qədər də asan yol deyildi. Ona siyasi ittihamlar vermək, böhtan atmaq istəyənlər də var idi. Bu adamlar hər zaman onu ləkələməyə, yolundan azdırmağa, teatrdan, sənət aləmindən uzaqlaşdırmağa çalışırdılar. Belə məclislərdə Cəfər susurdu, dinməz, sakit oturub ciddi qulaq asırdı və o cür də çıxıb gedirdi. Demaqoqlar bəzən buna da etiraz edirdilər. “Niyə susur, bununla nə demək istəyir?” – deyə qışqırırdılar.
Bu, əlbəttə, o demək deyildi ki, Cəfər danışmağı bacarmırdı. O, çox gözəl nəzəriyyəçi və mübahisəçi idi. Teatrda, aşağı mərtəbədə, rejissor otağında onun mərhum rəssam Rüstəm Mustafayevlə etdiyi bir mübahisə mənim yaxşı yadımdadır. Söhbət “1905-ci ildə” tamaşasının yeni quruluşunun tərtibatından gedirdi. Cəfər Cabbarlı möhkəm dəlil-sübütla tərtibat eksizlərinin formalistcəsinə çəkildiyini Rüstəmə göstərdi və eskizlərin bir çoxunu yenidən çəkməyə onu məcbur etdi.
Yeri gələndə Cəfər tutarlı danışmağı bacarırdı, ancaq heç bir məclisdə özünü müdafiə nitqilə çıxış eləməzdi. O yığıncaqların bəziləri mənim yaxşı yadımdadır. Onlardan yazmaq, böyük yazıçının altmış illik yubileyi haqqında qeydlərimi mənfi hadisələrin təsviri ilə korlamaq istəmirəm.
Mənimlə əlaqədar olan iki epizodun təsviri ilə qeydlərimi bitirmək istəyirəm. 1933-cu ilin sonu idi. Yazıçılar İttifaqında idim. Xidmətçi qadın qulağıma pıçıldadı ki, məni aşağıda bir nəfər çağırır. Kim olduğunu soruşduqda bilmədiyini söylədi. Xidmətçi qadın hətta bizləri – cavan yazıçıları belə adımızla tanıyırdı, məni çağıranın Cəfər Cabbarlı olduğunu isə bilməmişdi, çünki onu bir dəfə də olsun Yazıçılar İttifaqında görməmişdi.
Aşağıda Cəfərin gözlədiyini gördükdə məndən təəccüb və sevinc qarışıq bir səs çıxdı. Görüşdüm. Sual dolu baxışlarıma gülümsənərək, cavab verdi:
- Gedək, iş var.
Yazıçıların İttifaqı o vaxt Fioletov küçəsində, indi Uşaqgəncnəşr yerləşən binada idi. Cəfər məni teatra tərəf apardı, arxa qapıya çatanda, dayanıb üzümə baxdı:
- Mənim sözümdən çıxmazsanki?
- Xeyr!..- deyə cavab verdim.
- Qəti?
- Qəti!
Arxa qapıdan girdik və foyeden keçib yuxarıya qalxdıq. Mudirin kabineti qarşısında bir neçə adam vardı. Onlar Cəfər Cabbarlını görən kimi görməklə kənara çəkildilər. Biz içəri girdik.
O vaxt teatrın müdiri yazıçı Hacıbaba Nəzərli idi.
Mənimlə görüşdü və nə əcəb gəldiyimi soruşduqda, Cabbarlı məndən əvvəl cavab verdi:
Onu mən gətirmişəm, razısan?
Cəfər mənə işarə edərək ayağa qalxdı:
- Dur gedək.
Mən durdum. Ayrılanda Nəzərli dedi:
- Əmrin veriləcək, sabahdan işə gələrsən.
Mən bu sözlərdən heçnə başa düşmürdüm, çıxan kimi Cəfərdən soruşdum; onun cavabından məlum oldu ki, mən sabahdan burda ədəbi işçi sifətilə işləməliyəm. (Adı çox təntənəli idi: “Ədəbi hissə mudiri”.)
Neçə illərdir teatrda bu vəzifədə işləyən Cəfər kinostudiyada çox məşğul olduğundan, çatdıra bilmirdi. Çox fikirləşdikdən sonra, nəhayət, mən onun yadına düşmüşəm. Buna da səbəb hekayə və povestlərimi oxumağı olmuşdu.
O, mənim qarşımda yalnız bir şərt qoydu:
-Teatrda nə olub-keçdiyini hər gün mənə bildirməlisən, mən tetrsız bir gün belə yaşaya bilmərəm. Studiyadan çıxanda, sənə zəng eləyərəm, evə bir yerdə gedərik və yolda söhbət edərik, yaxşı ki qonşuyuq.
Hər gün olmasa da, həftədə iki-üç dəfə evə bir yerdə gedirdik. Bəzən iki nömrəli tramvayla, çox zaman da piyada.
Hamı ilə - teatrla əlaqədar olan hər şeylə maraqlanırdı. Repertuar, yeni əsərlər, yeni quruluşlar haqqında cürbəcür suallar verirdi. O zamanlar mərhum aktyor Bağır Cabbarzadə ilə zarafat eləmək bir mərəz idi və bu mərəz Cəfərə də sirayət eləmişdi. Bağırla əlaqədar olan hər şeyi soruşurdu və hər məzəli sözdən uğunub gedirdi.
O qədər yorğun olurdu ki, yolda bu zarafat söhbətlərilə bir az istirahət eləmək istəyirdi. Ancaq söhbət istər-istəməz kinodan, ədəbiyyatdan düşürdü. Kinodakı işindən çox narazı idi. Yaxşı aktyor, xüsusən aktrisa tapılmamasından şikayətlənirdi.
O, neftçilərin həyatından bir pyes və “Əfqanıstan” adlı bir tarixi drama yazmağı boynuna götürmüşdü.
Bu barədə qəzetlərdə yazmışdılar. Mən bu əsərlərin nə vəziyyətdə olduğunu soruşduqda o, cavab verməyib susurdu. Bir gün vaxtının olmadığından, materialı öyrənmək imkanı olmadığından şikayətləndi. Bir dəfə də Əfqanıstan haqqında nə əsər əlimə keçsə, ona verməyimi məndən xahiş etdi. Məlum olurdu ki, bu barədə danışmağı sevmirdisə də, fikri həmişə bu əsərlərlə məşğul idi.
1934-cü il dekabrın29-u ...
Yazıçılar İttifaqının sədri Kazım Ələkbərli eyni zamanda Azərbaycan Dövlət Universiteinin rektoru vəzifəsini daşıyırdı. Mənim dağlı məhəlləsindəki otağım çox yöndəmsiz idi. Yaşamaq mümkün deyildi. Bu barədə mən Kazım Ələkbərliyə demişdim. O da mənə tapşırmışdı ki, ayın 29-da universitetdə olacağam, gəl, dövlət telefonu ilə zəng edib sənin otaq məsələni danışım.
Getdim. Cəfər Cabbarlı Kazımın yanında oturmuşdu. Məni görüb hal-əhval tutdu və gəlməyimin səbəbini soruşdu. Kazım ona “otaq məsələsi”ni danışanda Cəfər gülüb dedi:
- Heç yerə zəng eləmək lazım deyil. Onun otağı məndə.
Mən, Cəfərin yaşadığı mənzilin yanındaca yeni ev tikdirdiyini bilirdim. Elə bildim, o yeni evində mənə otaq vermək istəyir, odur ki, etiraz eləmədim. Ancaq məlum oldu ki, söhbət ayrı ev haqqında gedir. O vaxtlar Cəfərə erməni kəndində üçotaqlı bir mənzil vermişdilər. Köçmək istəmirdi. İndi o mənzili mənə vermək niyyətində idi. Ancaq qarşımda bir şərq qoyurdu: otağın biri onun olaraq qalacaq, lazım olanda gəlib işləyəcək.
Bütün şərtlərinə razı idim. Yeni mənzilin bu qədər nəqd olması məni qanadladırmışdı. Cəfər ayın otuz birində səhər saat onda həmin bu kabinetdə (Kazım Ələkbərlinin kabinetində) mənimlə görüş təyin elədi, dedi ki, gəl açarı verim, sonra orderdə sənin də adını yazdırım.
Dekabrın otuz birində saat ona iyirmi dəqiqə qalmış universitetin pillələrindən qalxdıqda, qabağıma yazıçı Qafur Əfəndiyev (Kantemir) çıxdı. Yaylığı gözünə sıxmışdı, ağlayırdı. Nə olduğunu soruşduqda, hıçqırıqlar içində cavab verdi.
-- Cəfər Cabbarlı ölüb.
Dünya gözümdə qaraldı. Pillələr, divarlar bir-birinə qarışdı. Kantemir qolumdan tutmasaydı, yıxılacaqdım. Yaş gözümdən sel kimi axmağa başladı. Yağışlı bir gün idi. Kantemirlə mən tramvaya minib yuxarıya, Dağlı məhəlləsinə qalxdıq. Cəfərin evinə getdik.
İlk gözümə çarpan İsmayıl Hidayətzadənin kədərli sifəti oldu. O zaman cavan olan Sona xanım qucağında üç-dörd yaşlı qızı Gülara, hönkürtü ilə ağlayaraq eyvandan keçdi. Həyətə təzə adamlar gəldi, Ülvi, Abbas Mirzə, Mirzağa Əliyev... Hamı kədərli, tutqun...

Ürəklərdə Cəfər Cabbarlının matəmi başlandı.
Son dəfə mən onu akademiyanın salonunda gördüm. Fəxri qarovulda dayanmışdıq, yoldaşlarım kimdi yadımda deyil, cavan yazıçılardan bir dəstə düzəltmişdilər. Mən gözlərimi onun üzünə zilləmişdim. Öldüyünə inana bilmirdim. Mənə elə gəlirdi ki, indicə tərpənəcək, yenə də həmin məsum təbəssümlərlə gülümsəyəcək.
Sonra daha tabutu da görə bilmədim. Adamlar onu yüksəklərə qaldırdılar və öz başları üzərində apardılar. Cəfər ürəklərə elə girmişdi ki, heç bir ölüm onu öldürə bilmədi.