Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
Azərbaycan milli kinostudiyası.
1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir.
Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926-1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930-1931-ci illərdə "Azərkino", 1934-1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932-1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939-1959-cı illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Sonra Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə idarənin ixtiyarına keçdi. ASSR Kinematoqrafiya Nazirliyinin 25.05.1948 tarixli əmrinə əsasən kinostudiya ASSR Kinematoqrafiya Nazirlİyi yanında Bədii və Xronikal Filmlərin Bakı kinostudiyası kimi yenidən təşkil olundu. 1953-cü ilin mayın 25-dən kinostudiya ASSR Mədəniyyət Nazirliyini sərəncamına verildi.
1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası (Mədəniyyət Nazirliyinin 22.08.1958 tarixli əmrinə əsasən) adlanır.
Azərbaycan SSR Nazirlər Sovetinin 20.04.1959 tarixli qərarı ilə kinostudiyaya C.Cabbarlının adı verildi. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.
"Azərbaycanfilm" kinostudiyası bu gün
Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırki direktoru Müşfiq Hətəmovdur.
"Azərbaycanfilm"də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şura (BŞ) fəaliyyət göstərir. Heyət hər il yenidən seçilərək təsdiqlənir. Təqdim olunan ssenari BŞ heyəti tərəfindən qəbul olunduqdan sonra Mədəniyyət Nazirliyinə təqdim olunur. Son sözü Mədəniyyət Nazirliyi deyir.
Digər adları:
Azərbaycan XMK-nın İncəsənət Şöbəsi (1920-1923)
Azərbaycan Foto-Kino İdarəsi (1923-1925)
Azərdövlətkino (1925)
Azdövlətkino (1926-1930)
Azərkino (1930-1931)
Azərfilm (1932-1941)
Azdövlətkinosənaye (1934-1935)
Azərbaycan kinostudiyası (1936)
Bakı kinostudiyası (1939-1959)
"Azərbaycanfilm" kinostudiyası(1959-cu ildən)
Müxtəlif illərdə "Azərbaycanfilm"ə rəhbərlik etmiş şəxslər:
Hənifə Terequlov — (dir. 1923)
Şamil Mahmudbəyov — (dir. 1924-1928)
Şəmsəddin Abbasov — (dir. 1939-1941)
Rəsul Rza — (dir.1942-1944)
Mehdi Hüseyn — (dir. 1944)
Sabit Rəhman — (dir. 1945-1946)
Zəki Səfərov — (dir. 1953-1959)
Məhərrəm Haşımov — (dir. 1960-1965)
Adil İsgəndərov — (dir. 1966-1974)
Cəmil Əlibəyov — (dir. 1974-1984)
Eyvaz Borçalı — (dir. 1984-1986)
Ramiz Fətəliyev — (dir. 1986-1995)
Ziyafət Abbasov — (dir. əv. 1994-1995; dir. 1995-2001)
Xamis Muradov — (dir. 2 yanvar 2002-2011)
Müşfiq Hətəmov — (dir. 2011-hazıradək)
Rəsmi sayt : http://www.azerbaijanfilm.az