“Cəfər Cabbarlı Mükafatı”
C.Cabbarlı Ev Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və “BP” şirkətinin sponsorluğu ilə “Cəfər Cabbarlı Mükafatı” ilk dəfə 2001-ci ildə təsis olunmuşdur. Mükafat böyük yazıçının 100 illiyi münasibəti ilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilmişdi.
“Cəfə Cabbalı Mükafatı”nın ilk qalibləri C. Cabbarlının “Aydın” tamaşasının rejissor işinə görə resp. xalq artisti M.Mirzə, “Sevil” operasında Balaş obrazına görə resp. xalq artisti A. Zeynalov, Sevil obrazına görə resp. əməkdar artisti Z. İsmayılova olmuşdu.

Görkəmli dramaturqun 110 illiyi münasibəti ilə 2010-cu ilin aprelində “Cəfər Cabbarlı Mükafatı” növbəti təqdimatı həyata keçirilmişdir. Böyük yazıçının yubileyi çərçivəsində bu möhtəşəm Mükafatın təqdimatının yenidən keçirilməsi həm Cabbarlı yubileyinə, həm də respublikamızda fəaliyyət göstərən yaradıcı insanlara böyük hədiyyə idi.
Mükafat “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi” və Cəfər Cabbarlı Ev Muzeyinin birgə layihəsi əsasında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi ilə təqdim olunmuşdu. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq sonrakı illərdə Mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilmiş, ədəbiyyat, teatr və kino, jurnalistika, musiqi sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimləri bu Mükafata layiq görülmüşdülər.
2010-cu ilin mükafatçıları sırasında tanınmış teatr və kino xadimlərindən Yaşar Nuri, İlham Əsgərov, Ramiz Məlikov, Əminə Yusifqızı, Laləzar Mustafayeva, Sabir Məmmədov, Həmidə Ömərova, Aydın Kazımzadə, alimlərdən Asif Rüstəmli, İlham Rəhimli, Rəhim Əliyev, Hamlet İsaxanlı, Salatın Əhmədli və başqalarının adını çəkmək olar.

“Cəfər Cabbalı Mükafatı” 2012-ci il təqdimatını qardaş Tükiyənin Elazığ şəhərində həyata keçirmişdir. Professor Asif Rüstəmlinin Azərbaycanın görkəmli dramaturqu, türk dünyasının böyük şəxsiyyətlərindən olan Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr etdiyi “ Cəfər Cabbarlı Həyatı, sənəti və mücadiləsi” kitabı 2012-ci ildə Türkiyənin “Manas” nəşriyyatında işıq üzü görmüşdür. Bu monoqrafiya C. Cabbarlı haqqında Türkiyədə çap olunan ilk iriihəcmli əsərdir və bu baxımdan kitab, dramaturqun ədəbi irsinin Türkiyədə tanınması və təbliği sahəsində əhəmiyyətli rol oynayacaqdır. Mükafat komissiyasının qərarı llə 2012-ci il “Cəfər Cabbarlı Mükafatı”na Türkiyənin Firat Universitetinin alimləri- Prof. Dr. Ahmet Buran, Dr. Süleyman Kaan Yalçın və M. Şener Bulut “Manas Yayınçılık” layiq görülmüşlər.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Cəfər Cabbarlı Ev Muzeyi, “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin birgə layihəsi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Teatrının 140 illiyi münasibəti ilə 2013-cü il aprelin 13-də “Cəfər Cabbarlı Mükafatı”nın təqdimatı keçirildi.
Gecədə tanınmış teatr və kino xadimləri, elm və mədəniyyət işçiləri, mətbuat nümayəndələri iştirak etdilər.
Çıxışçılar- Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızı qonaqları salamlayaraq tədbirin məramını açıqladı, “Cəfər Cabbarlı Mükafatı” haqqında tədbir iştirakçılarına məlumat verdi.
Mükafatları Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov və C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı təqdim etdilər.

2013-cü ilin “Cəfər Cabbarlı Mükafatı”na layiq görülmüşlər:
1.Azərpaşa Nemətov- rejissor,respub. xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə
2.Mərahim fərzəlibəyov- rejissor, resp. xalq artisti

3.Məhərəm Bədirzadə- rejissor, əməkdar incəsənət xadimi
Son illərin uğurlu televiziya tamaşalaına görə
4 Cahangir Zeynallı- reyissor, əməkdar incəsənət xadimi
C. Cabbarlıya həsr olunmuş “Solmaz bir bahar kimi” bədii- sənədli filminə görə
5.Ramiz Novruzov- aktyor,resp. xalq artisti
Azərbaycan teatrında yaratdığı obrazlar silsiləsinə görə
6.Hicran Nəsirova- resp. əməkdar artisti
Azərbaycan teatrında yaratdığı maraqlı qadın obrazlarına görə
7. Ağaxan Salmanlı- resp. xalq artisti
Azərbaycan teatrında yaratdığı maraqlı obrazlara görə
8. Əjdər Həmidov- resp. əməkdar artisti
Azərbaycan kinosunda yaratdığı maraqlı obrazlara görə
9.Əlibala Nurzadə- resp. əməkdar artisti

10. Nadir Hüseynov- aktyor, resp. əməkdar artisti
Azərbaycan incəsənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə
11. Firudin Qurbansoy- filologiya üzrə fəlsəfə doktoru
Cəfər Cabbarlı ilə bağlı apardığı tədqiqatlara və maraqlı televiziya ssenarilərinə görə
12.Zülfiyyə İsmayılova- sənətşünaslıq üzrə fəlsəfə doktoru
Azərbaycan incəsənətinin və Cəfər Cabbarlı ədəbi irsinin təbliğindəki xidmətlərinə görə
13.Sənan Surət oğlu Talıbov -Xızı şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri
Milli-mənəvi dəyərlərin qorunması və təbliğindəki xidmətlərinə görə

Sentyabrın 16-da Yazıçılar Birliyinin Natəvan klubunda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı mükafatının 2014-cü il üzrə laureatlara təqdim olunması mərasimi keçirildi. Təqdimat görkəmli dramaturq, teatr və kino xadiminin 115 illik yubileyinə həsr edilmişdi.
Mərasimi ədibin həyat və yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli açaraq mükafatın yaranma tarixindən danışdı. Bildirildi ki, mükafat ilk dəfə dramaturqun ev-muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin və BP neft şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis edilib. Həmin ildən bu ənənə davam edir və bir çox elm, sənət adamları bu mükafata layiq görülüblər.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Cəfər Cabbarlının zəngin ədəbi irsi haqqında fikirlərini bölüşdü, mükafatın önəmli bir hadisə, görkəmli dramaturqun xatirəsinə ehtiram olduğunu vurğuladı. O, bu il çapdan çıxan "Cəfər Cabbarlının tərcümələri" və Türkiyədə işıq üzü görən "Cəfər Cabbarlı" kitablarının dəyərli nəşrlər kimi qiymətləndirərək dramaturqun əsərlərinin külliyyatının çapına ehtiyac olduğunu bildirdi.
Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, qurumun katibi İlqar Fəhmi, Türkiyənin Fırat Universitetinin dosenti Süleyman Kaan Yalçın və digər çıxış edənlər Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı, kino və teatr tarixində yerindən söz açdılar.
Sonra mükafatlar sahiblərinə təqdim edildi.

Teatr
1. Ağakişi Kazımov – rejissor, respublikanın xalq artisti (Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə)
2. Məleykə Əsədova – aktrisa, respublikanın xalq artisti (Azərbaycan teatrında yaratdığı silsilə qadın obrazlarına görə)
3. Hacı İsmayılov – aktyor, respublikanın xalq artisti (Azərbaycan teatrında yaratdığı obrazlar silsiləsinə görə)
Kino
1. İlqar Fəhmi – yazıçı, kinossenarist (kino yaradıcılığı sahəsindəki xidmətlərinə görə)
2. Səidə Quliyeva – aktrisa, respublikanın xalq artisti (Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə)
Ədəbiyyatşünaslıq
1. Himalay Qasımov – filologiya elmləri doktoru, professor (ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə)
2.Tahirə Məmməd – filologiya elmləri doktoru, professor (ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə)
3. Fikrət Rzayev - filologiya elmləri doktoru, professor (ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə)
4. Gülşən Əliyeva- Kəngərli – filologiya elmləri doktoru, professor (ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə)
Jurnalistika
1. Zemfira Kürdəxanlı - jurnalist ( Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında hazırladığı silsilə televiziya verilişlərinə görə)
2.Zərəngiz Dəmirçi - Qayalı – şairə (Jurnalistika sahəsindəki xidmətlərinə görə)
Təhsil və mədəniyyət
1. Mirəhməd Əsgərov –İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri (Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə)
2. Səriyyə İsmayılova – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, əməkdar mədəniyyət işçisi (Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə)
Xüsusi Diplom
Türkiyənin Fırat Universitetinin dosenti, doktor Süleyman Kaan Yalçın( Azərbaycan – Türkiyə ədəbi- mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə)