Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanası
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 1928-ci ildən fəaliyyət göstərir. 1976-cı ildən Gənclər Kitabxanası statusunu almışdır.
Kitabxananın kitab fondunu ümumilikdə 124 528 nüsxə ədəbiyyat təşkil edir.
Kitabxana 13 183 nəfər oxucuya xidmət göstərir.
Kitabxanada kitab verilişi 266 304 nüsxə ədəbiyyat təşkil edir.
Kitabxananın 9 şöbəsi vardır:
Komplektləşdirmə və elektron kataloq;
İnformasiya-biblioqrafiya;
Elmi-metodiki;
Beynəlxalq əlaqələr və beynəlxalq kitabxanalararası abonement bölməsi;
Kitabxana işinin informasiyalaşdırılması
Xidmət şöbəsinin rus bölməsi;
Hərbi-vətənpərvərlik və kütləvi işlər;
İncəsənət;
Hüquqi informasiya.
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası öz fəaliyyətini 5əsas istiqamətlərdə qurmuşdur.
1. Dövlətin kitabxana siyasəti, vəzifələr və onun icrası
2. Kitabxana işinin aktual texnoloji təchizatı, kompüterləşdirmə bazaları və şəbəkəli sistem
3. Beynəlxalq təcrübə mübadiləsi və təşəbbüslərin inkişaf etdirilməsi
4. Oxucu-kitabxana əlaqələrinin inkişaf etdirilməsi
5. Kitabxananın bütün fəaliyyət istiqamətlərinin elmi əsaslar üzərində təşkili, başqa sözlə BDU-nun, müxtəlif ali təhsil ocaqlarının, AMEA-nın ekspert və mütəxəssisləri ilə davamlı görüşlər, müzakirələr və sair.
6 oktyabr 2008-ci il tarixdə cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Dovlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası kitabxana-informasiya sahəsində bir sıra işlər həyata keçirmişdir. Müasir Azərbaycan oxucularının kitabxana-informasiya sahəsinə olan təlabatını ödəmək üçün kitabxana profilini nəzərə alaraq, fondun komplektləşdirmə prosesinə xüsusi önəm vermişdir. Belə ki, kitabxana fondunu, klassik və müasir Azərbaycan, dünya ədəbiyyatı ilə daima zənginləşdirmişdir.
Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədi ilə kitabxanada ölkəşünaslığa və diyarşünaslığa aid kataloq və kartoteka vardır. Oxucuların ən çox müraciət etdikləri bu katrotekada “Ümummilli lider Heydər Əliyev”, “Azərbaycan Respublikasının Prezidentinin sərəncamları”, “Azərbaycan Respublikasının qanunları”, “Konstitusiya”, “Azərbaycanda turizm” və sair mövzularda Azərbaycan və rus dillərində bölmələr vardır.
Oxuculara verilən ədəbiyyatların müntəzəm olaraq tematik-tipoloji uçotu aparılır ki, bu da oxucuların fəal və qeyri-fəal istifadə etdikləri ədəbiyyatların müəyyənləşdirilməsinə imkan yaradır. Hal-hazırda kitabxananın ümumi fondu 128 534 nüsxə ədəbiyyat təşkil edir. Bundan əlavə kitabxanada multimedia fondu da yaradılmışdır ki, burada da 2 000 ədəd disk öz əksini tapmışdır.
Eyni zamanda rusdilli oxucuların mütaliə marağını və sorğularını nəzərə alaraq 2008-2013-cü illər ərzində Rusiyanın “Premyera” və “Ontari Promtorq” nəşriyyatları ilə bağlanmış müqaviləyə əsasən Azərbaycanda nəşr edilməyən lüğətlər, ensiklopediyalar, bədii ədəbiyyat və s. Rusiyadan alınaraq oxucuların istifadəsinə verilmişdir. Alınan bu ədəbiyyatların hamısı yalnız Rus ədəbiyyatı deyil. Həmçinin Amerika, İngilis, Fransız, Polşa, Hindistan və digər ölkələrin rus dilinə tərcümə edilmiş ədəbiyyatları da çoxluq təşkil edir. 4273
Bundan əlavə Rusiyanın LİBNET Milli Kitabxana İnformasiya Mərkəzinin (NİLC) saytından Rusiyanın “Ontari Promtorq” nəşriyyatından alınan 1 298 nüsxə ədəbiyyatlara biblioqrafik təsvirlər alınıb və elektron kataloqa yüklənmişdir.
Oxucuların elektron kataloqdan istifadələrini təmin etmək məqsədilə kitabxanada 2013-cü ilin əvvəllərindən pulsuz WI-FI sistemi də quraşdırılmışdır.
Gənclər kitabxanası öz fondu ilə yanaşı, işğal altında və cəbhə bölgəsində olan kitabxanaların fondunu da daim diqqət mərkəzində saxlayır. Belə ki, işğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının bərpası ilə əlaqədar kitabxananın əməkdaşları Xocalı, Füzuli, Laçın, Naftalan, Xocavənd və digər rayonlara tez-tez ezam edilmişlər. Kitabxanalarda ümumi uçot kitabları, oxucu anketlərinin aparılması, kitabxana fondunu əks etdirən kataloq və kartotekaların bərpa edilməsi, iş planlarının tərtib edilməsinə dair tövsiyələr verilmişlər.
İstifadəçilər “Dünya kitabxanaları internetdə” linki vasitəsilə dünyanın ən böyük kitabxanalarının veb saytlarına daxil olmaq və onların məlumat bazalarından istifadə etmək imkanına malikdirlər. Saytdan Almaniya Bundestaq Kitabxanasına, Rusiya Dövlət Kitabxanasına, Fransa Milli Kitabxanasına, Amerika Birləşmiş Ştatları Konqress Kitabxanasına və digər kitabxana saytlarına birbaşa linklər vardır.
Gənclər kitabxanası rayon MKSləri üçün metodiki mərkəz olduğu üçün demək olar ki, hər il bu kitabxanaların əməkdaşları üçün veb sayt və onların müasir tələblərə cavab vermələri mövzusunda silsilə treninqlər təşkil etmişdir.“Kitabxana saytlarının inkişafı və modernləşdirilməsi” (10-13 dekabr 2013-cü il) Dövrü mətbuatın elektron kataloqlarının yaradılması (03-07 dekabr 2013). Elektron kataloqdan istifadə və dəyişikliklərin edilməsi (26-30 noyabr 2013-cü il). mövzusunda keçirilən treninqləri misal göstərmək olar.
Məlum olduğu kimi, Azərbaycanda ilk dəfə olaraq 27 fevral 2008-ci ildə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İctimai Hüquqi İnformasiya Mərkəzi (İHİM) yaradılmışdır.
Mərkəzin bazasında 1917-ci ildən bu günə qədər Rusiyanın bütün Qanunlar toplusu öz əksini tapmışdır. Mərkəzdə “Rusiya Federasiyasının Qanunvericilik bazası və qanunlar toplusu”, bu bazalardan istifadə qaydaları və axtarışın həyata keçirilməsi və digər mövzularda treninqlər keçirilmişdir. Treninqin gedişi zamanı Rusiya Federasiyasının İctimai Hüquqi İnformasiya Mərkəzinin əməkdaşı R.İ.İvanenko ilə canlı video körpü yaradılmışdır. R.İ.İvanenko tədris olunan proqramın yeni imkanları haqqında məlumat vermişdir.
Bundan əlavə, kitabxanada 2011-ci ildən Azəbaycanın da hüququ bazası yaradılmış, 1922-ci ildən bu vaxta qədər Azərbaycan Qanuvericilik toplusu bu bazaya daxil edilmişdir. Hal-hazırda bu bazada Normativ hüquqi aktlar, Beynəlxalq Konvensiyalar; Azərbaycan Respublikasının qanunları; Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları; Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları və s. bu kimi sənədlər kulliyyatı toplanmışdır.
İctimai Hüquqi İnformasiya Mərkəzində də mütəmadi olaraq treninqlər keçirilir, Respublikada hüquqi qanunvericilik bazası üzrə çalışan mütəxəssislər üçün “Qanunvericilik bazası və onun iş prinsipləri” mövzusunda təşkil olunan təlimi buna misal çəkmək olar.
Kitabxanada 2009-cu ilin mart ayından İRBİS-64 AKİS yaradılmışdır. Kitabxanada fəaliyyət göstərən İRBİS-64 AKİSin sərlövhə və sərlövhəaltı məlumatları Azərbaycan dilinə tərcümə edilmişdir.
Gənclər kitabxanası öz resurslarını oxuculara təqdim etmək üçün, İRBİS-64 AKİS sistemindən istifadə etmiş və bununla da internet vasitəsilə oxucuların elektron kataloqa, elektron kitabxanaya və digər biblioqrafik verilənlər bazasına çıxışını təmin etmişdir. Elektron kataloq və elektron kitabxana yaradılmışdır. Elektron kataloqda “Ümummilli lider”, “Neft strategiyası”, “Ekologiya” “İdman” adlı yeni məlumat bazaları yaradılmışdır. Bu məlumat bazalarında qəzet, jurnal və kitablar öz əksini tapmışdır. Hal-hazırda elektron kataloqda 27 000 nüsxədən yuxarı kitab, 13 836 dövrü mətbuat öz əksini tapmışdır.
Gənclər Kitabxanasında İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin istifadəçiləri olan, şəhər və rayon kitabxana əməkdaşlarının ixtisas səviyyəsinin artırılması üçün 22-26 fevral 2010-cu il tarixlərdə “Kitabxanaların informasiyalaşdırılması. Elektron kitabxana” mövzusunda treninq keçirilmişdir. Treninqə Mədəniyyət və Turizm Naziri Ə.Qarayevin dəstəyi ilə Rusiya Federasiyasından Beynəlxalq EBNİT Assosiasiyasının vitse-prezidenti K.Sokolinski dəvət olunmuşdu. WEB-İRBİS-in əsas funksiyaları, Apache proqramının quraşdırılması, elektron kataloq və elektron resursların internet beynəlxalq şəbəkəyə çıxarılması, biblioqrafik bazaların yaradılması və sair məsələlər tədris edilmişdir.
Bundan əlavə “Kitabxanaların elektron resurslarının idarə olunması” mövzusunda “İnformasiya cəmiyyətinin tələbləri və kitabxanalar”, “Kitabxanaların elektron resursları: Problemlər və Perspektivlər”, “Kitabxanaların informasiyalaşdırılması sahəsində Respublika Gənclər Kitabxanasının təcrübəsi”, “İRBİS-64 AKİSin Administrator və oxucu modulları ilə iş”, Elektron kataloq və Elektron Kitabxanalarında əlavə və dəyişikliklərin edilməsi” və s. bu kimi mövzularda treninqlər keçirilmişdir. Treninqlərdə respublikanın bütün MKSlərinin əməkdaşları iştirak etmişlər.
Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar dünya kitabxanalarının qabaqcıl təcrübəsindən bəhrələnmək, yeni innovasiyanı kitabxanada tətbiq etmək qarşıda duran başlıca məsələlərdən biridir.
Gənclər Kitabxanasında ümumrespublika əhəmiyyətli Azərbaycan Milli Kitabxana İnformasiya “AzlibNet” mərkəzi yaradılmışdır. Mərkəzdə iki sistem fəaliyyət göstərir. 1-ci sistem VEB-mərkəz, 2-ci sistem Elektron toplu kataloq. VEB mərkəz bütün kitabxanaların elektron kataloqlarının fasiləsiz işləməsini təmin edir. Bura, İRBİS-64 sisteminin istifadəçisi olan şəhər və rayon kitabxanaları daxildir.
AzlibBNet mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalarının bazasında Respublikada ilk dəfə olaraq Milli resurslar əsasında Respublika Kitabxanalarını tam əhatə edən unikal bir sistem Korporotiv-toplu kataloq sistemi yaradılmışdır. AzlibNet-in Mərkəzinin toplu kataloquna aparıcı kitabxanaların bazaları daxil edilmişdir. Azlibnet Mərkəzində yaradılmış Toplu kataloqda, biblioqrafik təsvirdə kitablara Siqla verilmişdir ki, Respublikada bu ilk təcrübədir. Bu da axtarış zamanı oxuculara kitabın hansı mənbəyə aid olduğunu göstərir. Beynəlxalq standartları qəbul edən və bu standartlarla işləyən, istər Azərbaycan kitabxanaları, istərsə də xarici ölkələrin kitabxanaları bu toplu kataloqdan istifadə etmək imkanına malikdir.
AzlibNet mərkəzinin yaradılması, kitabxanalarda kitab təsvirinin mərkəzləşməsni, vaxta və vəsaitə qənaət, dünya standartları səviyyəsində təsnifləşdirmənin həyata keçirilməsi, MKS Elektron Resursların vahid mərkəzdən idarə olunması, onların təhlükəsizliyi, biblioqrafik yazının tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasını, eləcə də Elektron Resursların fasiləsiz və operativ olaraq təqdim edilməsini təmin edir. Artıq kitabxanalar komplektləşdirdiyi hər bir kitabın hazır təsvirini əldə edir, birbaşa kataloquna yükləyir. Gənclər Kitabxanasında yaradılmış Azlibnet mərkəzinin və İRBİS-64 sisteminin fasiləsiz işləməsi üçün bu bazalar yüksək texnologiya əsasında hazırlanmış server-kompüterlə təchiz edilmişdir.
20 fevral 2013-cü il tarixdə kitabxanada AZLİBNET Milli Kitabxana İnformasiya Mərkəzinin (www.azlibnet.az) təqdimat mərasimi keçirilmişdir.
Gənclər kitabxanası MDB ölkələri çərçivəsində yaradılmış beynəlxalq kitabxanalararası abonoment sistemi İRBİS-KOORPARASİYAnın üzvüdür.
2011-ci ilin oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Gənclər kitabxanasında Azərbaycan-Rusiya Beynəlxalq Konfransı keçirilib. Konfransda Mədəniyyət və Turizm nazirinin birinci müavini V.Əliyev “Dövlətlərarası münasibətlərdə kitabxanaların rolu”ndan, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının məsul katibi G.Əfəndiyeva və Mədəniyyət və Turizm Nazirliyi kitabxana işi sektorunun müdiri L.Məmmədova “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının qəbulundan sonra bu sahədə dinamik inkişafın hiss olunması”, BDU-nun professoru A.Xələfovun “Kitabxana və kommunikasiya” mövzularında çıxışlar etmişlər. Konfransda Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri V.D.Doroxin də mövzu ilə çıxış etmişdir. Konfransa Rusiyadan mütəxəssislər də dəvət edilmişdir. Nekrasov adına Mərkəzi Universal elmi kitabxananın direktor müavini Y.Kulikovanın, Moskva dovlət mədəniyyət və incəsənət universitetinin elektron kitabxanalar informasiya texnologiyaları və sistemləri kafedrasının professoru V.Stepanovun, İncəsənət mədəniyyət və turizm işçilərinin yenidənhazırlanma akademiyasının əlavə peşə təhsili müəssisəsinin kitabxanaşünaslıq və informatika kafedrasının müdir pedaqoji elmlər namizədi, professor T.Kuznetsovanın, Belqorod Dövlət Universal elmi kitabxanasının direktoru N.Rojkova, Dobrolyubov adina Arxanqelski vilayet elmi kitabxanasının elektronn oxu zalının müdiri İ.Makarenkonun məruzələri dinlənilmişdir. 5 gün davam edən konfransın sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı bukletlər təqdim edilmiş, həmçinin fəxri fərmanlar verilmiş və “Azərbaycan müstəqillik illərində - 1991-2011” adlı sərgiyə baxış keçirilmişdir.
18.08.2011-ci ildə Kitabxana ilə Bosniya-Hersoqoviniyanın “Dervis Susic” Kütləvi və Universitet Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır. Memoranduma əsasən iki tərəf arasında əməkdaşlıq əlaqələrinin qurulması, kitabxana-informasiya sisteminin aktual məsələlərinə dair təcrübə mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, birgə nəşrlərin hazırlanması, qarşılıqlı təşkil olunan seminar və konfranslarda iştirak, hər iki kitabxanada dövlətin mədəniyyətini, tarixini, turizmini, ədəbiyyatını təbliğ etmək məqsədi ilə sərgi və guşələrin yaradılması nəzərdə tutulmuşdur. Məhz bu məqsədlə də onlara 28 adda 29 kitab, 9 adda 12 disk göndərilmişdir.
Kitabxana sahəsinin zəruri istiqamətləri üzrə keçirilən konfranslarda Azərbaycan kitabxanaçılarının iştirakının təmin edilməsi. (Krım, İFLA-nın illik, LİBKOM, Anapa, Soçi və s.konfransları)
Kitabxananın rəhbərliyi 2008-2014-cü illərdə Moskvada, Ukraynanın Sudak şəhərində, Soçi Adlerdə, Anapada, Novorossiskidə keçirilən konfranslarda iştirak etmişdir.
Sudakda keçirilən konfransda kitabxanamız tərəfindən hazırlanmış “Odlar yurdu – Azərbaycan” video çarxı nümayiş etdirilmişdir. Video çarxda Azərbaycanın dövlət atributları, “Ümummilli liderimiz Heydər Əliyev”, 1988-1993-cü illərdə erməni terroristləri tərəfindən işğal olunan torpaqlarımız, Xocalı faciəsi, 31 mart Azərbaycanlıların soyqırımı, memarlıq, musiqi, incəsənət, muğam, musiqi alətləri, turizm, istirahət zonaları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsində imzaladığı sərəncamlar və digər mövzular konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır.
Eyni zamanda Krım-tatar Respublikasının İ.Qaspirinski adına kitabxanasının təşkil etdiyi türk dünyasının aşığı Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə kitabxananın direktoru Tahir Sadıqov Azərbaycan aşıq yaradıcılığı haqqında məruzə ilə çıxış etmiş və Azərbaycan Aşıqlar Birliyinin yaradılmasından, 2009-cu ilin may ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr şəhərində Azərbaycan aşıqlarının təşkil etdiyi konsertdən, 2009-cu ilin noyabrında Dərbənddə keçirilən musiqi festivalından, 2009-cu ilin payızında Londonda keçirilən “Azərbaycan günləri”ndən və digər ölkələrdə Azərbaycan aşıqlarının çıxışlarından məlumat vermişdir.
Sözügedən konfranslarada Tahir Sadıqov hər il çıxışlarına görə Krım-Tatar Respublikasının İ.Qaspirinski adına kitabxanasının Tərifnamə-Diplomu ilə təltif olunmuşdur. Həmin konfransda o, müxtəlif ədəbiyyatlar ilə bərabər, ulu öndər, ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Sönməz günəş” adlı beş cildlik kitabı həmin kitabxanaya hədiyyə vermişdir.
Bundan C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının əməkdaşları müxtəlif yerli konfrans və tədbirlərdə də iştirak edirlər. Belə ki, C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru T.Sadıqov kitabxananın əməkdaşları ilə birlikdə 1-2 aprel 2014-cü il tarixdə “ADA” Universitetində “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfransda iştirak etmişlər
Bu ali təhsil ocağının Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi konfransın açılışında “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, universitetin tədris işləri üzrə prorektoru, doktor Patrik Kvin və digər rəsmi şəxslər çıxış etmişlər.
Konfransda iştirak edən Tahir Sadıqov çıxışında Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətini vurğulayaraq deyib ki, bu proqram həmin sahənin inkişafını stimullaşdırıb və kitabxanaların fəaliyyətinin səviyyəsini yüksəldib. T.Sadıqov Gənclər Kitabxanasında yaradılan “Azlibnet” Milli Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti və strukturu barədə söz açıb, yaradılan mərkəzin kitabxana sistemində çalışan mütəxəssislərin işinin yüngülləşdirilməsi, səmərəsinin və keyfiyyətinin yüksəldilməsi yönümündə yeni bir addım olduğunu xüsusi vurğulamışdır. Direktor Tahir Sadıqov məruzəsində kitabxanada fəaliyyət göstərən İctimai Hüquqi İnformasiya Mərkəzinin də fəaliyyətinə geniş yer vermişdir.
Konfransın digər məruzələrində müasir dövrdə kitabxanaların əhəmiyyətindən, onların cəmiyyətin tələbatına uyğun olaraq müasir formatda fəaliyyət göstərmələrindən geniş söhbət açılmışdır.
Natiqlər “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfransın sessiyalarında müzakirə ediləcək mövzuların müvafiq istiqamətdə inkişafa və birgə əməkdaşlığa öz töhfəsini verəcəklərini vurğulamışlar.
Beş sessiyadan ibarət konfrans müasir kitabxanalarda informasiya xidməti, kitabxanalarda tədris və tədqiqat işlərinin düzgün istiqamətləndirilməsi, rəqəmsal elmlər, kitabxanaların rəqəmsallaşdırılması və digər mövzuları əhatə edir.
Beynəlxalq konfransda Böyük Britaniyanın Aberisvits Universitetinin kitabxana xidmətinin rəhbəri Culiya Hart, Qazaxıstanın Nazarbayev adına Universiteti kitabxanasının meneceri Cim Agee, Tbilisi Dövlət Universitetinin rektoru İrakli Qaribaşvili və Azərbaycan ali məktəblərinin və digər kitabxanaların nümayəndələri iştirak edirdilər.
2008-2013-cü illərdə Gənclər Kitabxanasında müxtəlif mövzularda tədbirlər keçirilmişdir.
BDU-nun professoru Abuzər Xələfovun anadan olmasının 80 illik, şair İlyas Tapdığın anadan olmasının 80, ədəbi fəaliyyətinin 60 illik, şair, publisit Qəşəm İlqar Yurddaşın və digər elm və mədəniyyət xadimlərinin yubileyləri, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və zaman” «Гейдар Алиев. Личность и эпоха» adlı kitabının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi, fəlsəfə doktoru Əli Eyvazovun “Bir batalyonun tarixi” və “Humanizm xeyirxahlıq missiyası” adlı kitablarının, Əjdər Ağayevin “Təməldən əmələ” kitabının təqdimat mərasimləri keçirilmişdir.
Bundan əlavə, Gənclər kitabxanasında Respublika baş prokurorluğunun əməkdaşlarının iştirakı ilə “Yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın profilaktikası və uşaq hüquqlarının müdafiəsi”, “Müasir yeniyetmələr, gənclər arasında cinayətkarlıq və narkomaniya” və “Narkomaniya, müasir yeniyetmələr, uşaq hüquqları” mövzusunda tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə yeniyetmələr ilə bağlı video çarxlar nümayiş etdirilmişdir.
Kitabxanada Azərbaycanın Müstəqillik günü münasibətilə “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” mövzusunda dəyirmi masa, görkəmli dramaturq repressiya qurbanı Hüseyn Cavidin anım günü və s. bu kimi tədbirlər keçirilib.
Bundan əlavə kitabxanada hər il 20 Yanvar, Xocalı faciəsi, 31 mart Azərbaycanlıların soyqırımı günü və bütün dövlət tədbirləri həsr olunmuş və il ərzində nəzərdə tutulmuş bütün dövlət tədbirləri, eyni zamanda Milli qəhrəmanların anım günləri, şəhid ailələri ilə görüşlər qeyd edilmişdir.
Gənclər kitabxanasının maddi-texniki bazası da yüksək səviyyədə təchiz edilmişdir. Etiraf etmək lazımdır ki, 2005-2006-cı illərdə kitabxanada bir dənə də kompüter olmadığı halda, hal-hazırda kitabxanada 86 kompüter vardır ki, bunlardan da 32-nin internetə çıxışı vardır. Kitabxanada üç internet xətti mövcuddur, iki mərkəzi server yaradılmış, kitabxanın bütün inventar və avadanlıqları yenisi ilə əvəz edilmiş, kitabxananın oğurluq və yanğından mühafizəsi üçün avtomatlaşdırılmış siqnalizasiya sistemi quraşdırılmış, şöbələrdaxili mini ATES yaradılmış, kitabxanaya giriş-çıxış və daxili hərəkətlərə nəzarət üçün nəzarət kameraları quraşdırılmış, kitabxanada əsaslı təmir işləri də aparılmışdır.
Bütün bunlarla yanaşı, kitabxanamız kitabxanaların avtomatlaşdırılması, kitabxanaçı kadrların kompüter biliklərinin artırılması, respublika kitabxanalarında əhalinin hüquqi informasiya tələbatının müasir tələblər səviyyəsində ödənilməsi istiqamətində daim çalışırıq.
Kitabxananın zəngin məlumat bazasında malik veb saytı da mövcuddur: http://ryl.az/